Cəmiyyət

Baku TV “KATV1”də yayıma başladı

Baku TV daha bir kabel televiziyasında yayıma başlayıb.

2018-ci ildən internet kanalı kimi fəaliyyət göstərən Baku TV-ni bu gündən “KATV1” abunəçiləri də izləyə biləcəklər. Bunun üçün abunəçilər axtarış bölməsindən Baku TV-ni taparaq, seçilmişlər siyahısına əlavə etməlidirlər.

Ölkədə və dünyada baş verən önəmli və aktual hadisələri izləyiciyə çatdıran xəbər kanalı hadisə yerindən reportajları, eksklüziv müsahibələri, müəllif verilişləri və araşdırmaları ilə abunəçilərə geniş kontent təqdim edir.

Qeyd edək ki, 2022-ci ilin noyabr ayında Baku TV-yə Audiovizual Şura tərəfindən peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib. Kanal ilk olaraq “Connect TV”də yayımlanıb.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər