Dünya

Türkiyə PKK-nın PUA istehsalçısını MƏHV ETDİ

Türkiyənin Milli Kəşfiyyat İdarəsinin (MİT) İraqın şimalındakı Qara bölgəsində keçirdiyi əməliyyat çərçivəsində PKK/KCK-nın xüsusi təyinatlı aviasiya bölməsinin səlahiyyətli şəxslərindən biri, Dəniz Bahri kod adlı Tekin Okan zərərsizləşdirilib.

“Unikal” NTV-yə istinadən xəbər verir ki, zərərsizləşdirilən şəxsin 2018-ci ildə Şırnak şəhər mərkəzinə, 2021-ci ilin əvvəlində isə Diyarbəkir və Batman hava limanına PUA-larla hücumlarını idarə etdiyi qeyd olunub. Onun sözügedən hücumlarda istifadə edilən pilotsuz uçuş aparatlarını dizayn edib istehsal etdiyi müəyyənləşdirilib.

Onun sözügedən hücumlarda istifadə edilən pilotsuz uçan aparatlarını dizayn edib istehsal etdiyi müəyyənləşdirilib.

Ötən illərdə Türkiyənin təhlükəsizlik qüvvələrinə qarşı PUA hücumlarına görə Milli Kəşfiyyat İdarəsi tərəfindən hədəf siyahısına daxil edilib.

Qeyd olunub ki, araşdırmalar zamanı Tekin Okanın PUA istehsalı üçün tez-tez İraq və Suriya arasında hərəkət etdiyi müəyyənləşdirilib. Daha sonra İdarənin agentləri fəaliyyət keçib və aparılan əməliyyat çərçivəsində o, zərərsizləşdirilib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin