Xəbər verdiyimiz kimi, Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Moskvanın Qızıl Meydanında Qələbənin 78-ci ildönümünə həsr olunmuş hərbi paradda iştirak edib.
“Unikal” xarici KİV-ə istinadən bildirir ki, paraddan sonra Paşinyan Rusiya prezidenti Vladimir Putinlə birgə nahar edib.
Yayımlanan fotolardan birində Putinin Paşinyanın əllərini dezinfeksiya etdiyi əks olunub. Sosial şəbəkə istifadəçiləri fotoya məna verməyə çalışıb.