Siyasət

Vaqif Mustafayev: “Mənə elə söz söylədi ki, səhərə qədər yata bilmədim” – VİDEO

Azərbaycan xalqı ulu öndər Heydər Əliyevi dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan olaraq tanıyır.

Ömrünü xalqına həsr edən ümummilli lider onların rifahı üçün gecəsini gündüzünə qatırdı. 

Onu yaxından tanıyan insanlar deyirlər ki, ulu öndər rəsmiyyətdən uzaq, sadə, səmimi, zarafatcıl və olduqca şən insan idi. O, insanlarla ünsiyyətə girməyi sevir, xalqın içində olmaqdan zövq alırdı. Ətrafındakı insanlara diqqət, qayğı göstərir, onlara etimad edirdi.

Onu uzun illər müşayiət edən insanlardan biri də şəxsi fotoqrafı Rafiq Bağırov idi.

Heydər Əliyevin saysız-hesabsız şəkillərini çəkən R.Bağırovun ulu öndərlə ilk fotosunun maraqlı tarixçəsi var:

“Şəkil çəkdirməyə 8 saat vaxt ayırdı. Çəkiliş bitdikdən sonra mənə dedi ki, bəs sən mənimlə şəkil çəkdirmək istəmirsən? Daha sonra mühafizəçi bizim şəklimizi çəkdi”.

Ulu öndərlə bağlı xatirələrini bölüşən kinorejissor Vaqif Mustafayev isə onunla ölümündən bir müddət əvvəl baş tutan söhbətindən danışıb:

“2003-cü ildə məndən soruşdu ki, haqqımda neçə film qalıb? Dedim ki, 12 film nəzərdə tutmuşam, 5-i qalıb. Mənə elə söz söylədi ki, səhərə qədər yata bilmədim. Dedi ki, sən bu 5 filmi çəkməyi necə çatdıracaqsan? Vəfat edəndə nə demək istədiyini baş düşdüm”.

Ətraflı Baku TV-nin videosunu təqdim edirik:

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,