AFFA İntizam Komitəsinin iclası keçirilib.
Peşəkar Futbol Liqasının yaydığı məlumata görə, toplantıda Azərbaycan Premyer Liqasının 33-cü turunda və I Divizionun 28-ci turunda yaşananlara hüquqi qiymət verilib.
Premyer Liqanın “Turan Tovuz” – “Neftçi” oyununda “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Turan Tovuz” klubu 800 manat cərimə edilir (maddə 39);
“Turan Tovuz” – “Neftçi” oyununda “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 39);
“Qarabağ” – “Qəbələ” oyunu başa çatdıqdan sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Qarabağ” klubu 1600 manat cərimə edilir (maddə 49.2);
I Divizionun “Araz Naxçıvan” – “Səbail-2” oyununda “Araz Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz Naxçıvan” klubu 80 manat cərimə edilir (maddə 39);
MOİK – “Qaradağ Lökbatan” oyununda MOİK klubunun futbolçusu Muxtar Nəzərli ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə edilir (maddə 47.1);
MOİK – “Qaradağ Lökbatan” oyununda MOİK klubunun fizioterapevti Elxan Əhmədov hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə edilir (maddə 47.3);
MOİK – “Qaradağ Lökbatan” oyununda “Qaradağ Lökbatan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilir (maddə 39);
“Qəbələ-2” – “Neftçi-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu Salman Ələsgərov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, klub 20 manat cərimə edilir (maddə 47.1);
“Qəbələ-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının 7 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi-2” komandası 80 manat cərimə edilir (maddə 39);
“Turan Tovuz-2” – “Zaqatala” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Turan Tovuz-2” komandası 80 manat cərimə edilir (maddə 39);
“Turan Tovuz-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Zaqatala” klubu 80 manat cərimə edilir (maddə 39);
“Turan Tovuz-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun məşqçisi Nəsib Əliyev oyun bitdikdən sonra hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, klub 80 manat cərimə edilir (maddə 47.3).
“Kəpəz-2” – “Şamaxı-2” matçının oyunöncəsi iclasında təhlükəsizlik nümayəndəsi iştirak etmədiyinə görə “Kəpəz-2” komandası 40 manat cərimə edilir (maddə 62.2);
“Kəpəz-2” – “Şamaxı-2” matçında “Kəpəz-2” komandasının azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinə qarşı qeyri-etik ifadələr işlədildiyinə görə “Kəpəz-2” komandası 400 manat cərimə edilir (maddə 41.7);
“Kəpəz-2” – “Şamaxı-2” matçında “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Şamaxı-2” komandası 80 manat cərimə edilir (maddə 39).