Cəmiyyət

Sosial şəbəkələrdə vəzifəli şəxsi təhqir etdi, həbs olundu

“Cəlilabad Rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin direktoru Elnur Azadxanovun rayon sakini, 1974-cü il təvəllüdlü Mirrahil Cabbarov barəsində məhkəməyə etdiyi xüsusi ittiham qaydasındakı şikayətinə baxılıb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, E.Azadxanov M.Cabbarovun sosial şəbəkələrdə video yayaraq barəsində təhqir və böhtana yol verdiyini bildirib. O, M.Cabbarovun Cinayət Məcəlləsinin 147 və 148-ci (Təhqir və böhtan) maddələrinə əsasən, cəzalandırılmasını xahiş edib.

Məhkəmədə M.Cabbarovun “YouTube” və “Facebook”da yaydığı görüntülər və səsləndirdiyi fikirlər sübut kimi dəyərləndirilib. Görüntülərdə M.Cabbarov xəstəxana rəhbərliyinin, xüsusilə də E.Azadxanovun rayon səhiyyəsinə rəhbər təyin edilməsindən sonra bu sahənin acınacaqlı vəziyyətə düşməsini, xəstəxanada işçilərin rüşvət qarşılığında işə götürülməsini bildirib. O, E.Azadxanovun ünvanına təhqiramiz ifadələr işlədərək onun müxtəlif cinayət əməlləri törətməsini iddia edib.  

Cəlilabad Rayon Məhkəməsinin hökmü ilə ona 1 il həbs cəzası verilib. Mirrahil Cabbarov məhkəmə zalındaca həbs edilərək cəzaçəkmə müəssisəsinə göndərilib.

Qeyd edək ki, Elnur Azadxanov daha çox pandemiya dövründə Operativ Qərargahın brifinqlərində tez-tez media önünə çıxmağı ilə tanınıb.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər