İranda 4 maqnitudada zəlzələ olub, Naxçıvanda hiss edilib.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ yerli vaxtla saat 20:17-də Heydərabad stansiyasından 30 km cənub-qərbdə, İran ərazisində qeydə alınıb. Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib.
Təbii hadisə Heydərabad, Sədərək və Şahbuz rayonlarında 3 bala qədər hiss olunub.
21:22
İranın Türkiyə ilə sərhəd bölgəsində zəlzələ baş verib.
AFAD-ın məlumatına görə, 3,8 bal gücündəki yeraltı təkanların episentri İranın Qərbi Azərbaycan əyalətinin Maku şəhəri olub.
Zəlzələ Türkiyədə də hiss edilib.
Bildirilib ki, zəlzələnin ocağı 7 kilometr dərinlikdə qeydə alınıb.