İdman

Zabit Səmədov yenidən rinqə qayıdacağı ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib

Azərbaycanın veteran kikboksçusu və muay-tay döyüşçüsü Zabit Səmədov yenidən rinqə qayıdacağı ilə bağlı söz-söhbətlərə aydınlıq gətirib.

Oxu.Az xəbər verir ki, o, jurnalistlərə açıqlamasında döyüşçü karyerasını başa vurduğunu bildirib:

“Keçən il Azərbaycanda son döyüşüm oldu. Qərar verdim ki, artıq peşəkar karyeramı bitirim. Ancaq bu sahədə qalacağam və döyüşlər təşkil edəcəyəm. Bu, bildiyim, istədiyim sahədir. Yeniyetmələrə dəstək olmaq, yol açmaq istəyirəm ki, onlar da yarışlarda iştirak etsinlər. 110-dan artıq peşəkar döyüş keçirmişəm. Məncə, artıq kifayətdir. Özüm gələcəkdə daha çox kino sektoruna yönələcəyəm”.

Z.Səmədov davamçısı olaraq gənclərdən kimi görməsi ilə bağlı sualı belə cavablandırıb:

“Bunu hələ deyə bilmərəm. Bir neçə döyüşdən sonra məlum olacaq”.

Xatırladaq ki, Zabit Səmədov 2022-ci ildə vida döyüşü keçirib.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata