Cəmiyyət

Şəhid Məhəmməd Qarayev ilə vida mərasimi keçirilir – YENİLƏNİB + FOTO

Mayın 12-də, axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Məhəmməd Mahir oğlu Qarayevin nəşi doğulduğu Qəbələ şəhərində yaşayan ailəsinə təhvil verilib.

Oxu.Az-ın məlumatına görə, hazırda şəhidimizlə vida mərasimi keçirilir.

Vida mərasimində şəhidin döyüş yoldaşları, Müdafiə Nazirliyinin əməkdaşları, hüquq-mühafizə orqanlarının və ictimaiyyət nümayəndələri iştirak edirlər.

08:45

Mayın 12-də, axşam saatlarında Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Məhəmməd Mahir oğlu Qarayev Qəbələ şəhərinin sakini olub.

“Report”un Şimal-qərb bürosunun məlumatına görə, o bu gün Qəbələ şəhərində dəfn olunacaq.

2001-ci il təvəllüdlü Məhəmməd Qarayev evin tək oğlu olub.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər