Türkiyənin Hatay şəhərinin Belen rayonunda yük maşını avtomobillərə çırpılıb.
“SizinZaman” xəbər verir ki, əyləci partlayan yük maşınının qəza törətməsi nəticəsində 3 nəfər ölüb, 20 nəfər yaralanıb.
Qəzada 10-dan çox nəqliyyat vasitəsinin sıradan çıxdığı qeyd olunub.
Yaralılar bölgəyə göndərilən təcili yardım maşınları ilə ətraf xəstəxanalara aparılıb.