Siyasət

Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı “Yüksəliş” intellektual müsabiqəsi keçirilib – FOTO

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan “Yüksəliş” intellektual müsabiqəsi keçirilib.

İntellektual müsabiqə “Yüksəliş” müsabiqəsinin qalibləri, finalçıları və yarımfinalçıları üçün nəzərdə tutulub.

Müsabiqədə 30 komanda olmaqla ümumilikdə 190 nəfər iştirak edib. 30 komanda arasından birinci yerə “Köhnə Dalğa”, ikinci yerə “Tufan”, üçüncü yerə isə “Summit” komandası çıxıb.

“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı sərəncamla təsis olunub. Müsabiqə 5 mərhələdən – qeydiyyat, onlayn seçim, əyani, yarımfinal və finaldan ibarətdir. Müsabiqə qalibləri idarəçi rəhbərlər (https://yukselish.az/mentors.html) tərəfindən 1 illik fərdi inkişaf planı və hər biri 20 min manat məbləğində özünüinkişaf qrantı əldə edirlər.

Qeyd edək ki, növbəti, sayca 3-cü “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Prezidenti tərəfindən 20 dekabr 2022-ci il tarixində Sərəncam imzalanıb.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,