Məşhur ispaniyalı müğənni Enrike İqlesias qarşıdan gələn çıxışlarının ləğv olunduğunu bildirib. O, bu barədə “Instagram” səhifəsində paylaşım edib.
“Bu axşam Meksikadakı çıxışımı ləğv etmək məcburiyyətində qaldıq. Mənə pnevmoniya diaqnozu qoyuldu, həkimlər tam istirahət etməyimi təkid edirlər, mənə uçuşları qadağan etdilər. Mənim üçün böyük əhəmiyyət kəsb edən bir ölkədə çıxışlarımı ləğv etdiyim üçün olduqca təəssüflənirəm”, – deyə sənətçi şəxsi bloqunda yazıb.
İqlesias Meksikada planlaşdırılan konsertinə bir neçə saat qalmış bu qərarı qəbul etmək məcburiyyətində qalıb. Müğənni pərəstişkarlarını əmin edib ki, tezliklə sağalacaq və konsert fəaliyyətini bərpa edəcək. “Sizdən üzr istəyirəm və hər birinizi möhkəm qucaqlayıram, əziz pərəstişkarlarım”, – deyə o qeyd edib.
Mənbə: Gazeta.ru