Cəmiyyət

Qətlə yetirilən qadının məzarına şəhid yoldaşı ilə birgə şəkli qoyuldu – FOTO

Mayın 13-ü qaynı tərəfindən qətlə yetirilən, Vətən müharibəsi şəhidi Saleh Qurbanovun həyat yoldaşı olan Ləman Qurbanova dəfn olunub.

“Qafqazinfo”nun məlumatına görə, onun məzarının üstünə şəhid həyat yoldaşı ilə birgə fotosu qoyulub.

Qeyd edək ki, Saleh Qurbanov 2020-ci ilin sentyabr-noyabr aylarında Vətən müharibəsi zamanı Cəbrayıl, Xocavənd və Laçın istiqamətində gedən döyüşlərdə savaşıb. Prezident İlham Əliyevin Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Saleh Qurbanov 2022-ci il sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər