Ağstafada baş verən partlayış nəticəsində xəsarət alanlardan birinin vəziyyəti ağır olduğundan Bakıya aparılıb.
APA-nın məlumatına görə, ağır yanıq xəsarəti alan Bakı şəhər sakini 1976-ci il təvəllüdlü Əlihüseyn Həsənovdur.
O paytaxtda yerləşən xəstəxanaların birinə aparılıb.
1985-ci il təvəllüdlü İradə Rzayeva Tovuz Rayon Mərkəzi Xəstəxanasına aparıılıb.
Qeyd edək ki, hadisə rayonun Tatlı kəndində baş verib.
21:20
Ağstafa rayonunun Tatlı kəndində qaz sızması nəticəsində fərdi evdə partlayış olub, biri uşaq olmaqla 6 nəfər xəsarət alıb.
“Report”un məlumatına görə, fərdi evdə baş vermiş partlayış nəticəsində 1976-cı il təvəllüdlü Həsənov Əlihüseyn Fazil oğlu, 1985-ci il təvəllüdlü Rzayeva İradə Zakir qızı, 2009-cu il təvəllüdlü Rzayeva Soma Emin qızı, 2002-ci il təvəllüdlü Məmmədli Məryəm Ramin qızı, 1995-ci il təvəllüdlü Qasımlı Soldoz Ramiz qızı və 2 yaşlı oğlan uşağı xəsarət alıblar.
Zərərçəkənlər xəstəxanaya aparılıb, onlardan üçü ambulator yardım aldıqdan sonra evə buraxılıb.
Digərlərinin vəziyyəti isə ağır və orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
18:31
Ağstafada qaz sızmasından partlayış olub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.
Partlayış nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir.