Cəmiyyət

Azərbaycanlı sürücü Rusiyada sükan arxasında öldü – FOTO

Volqoqrad yaxınlığındakı dayanacaqda yük maşını sürücüsü ölü tapılıb.

Hadisə Svetloyarski rayonunun Tsatsa kəndində baş verib.

Rusiya İstintaq Komitəsinin Volqoqrad vilayəti üzrə İstintaq Komitəsinin rəhbərinin media ilə əlaqələr üzrə böyük köməkçisi Daria Buyanovanın verdiyi məlumata görə, sürücü “Mercedes” markalı yük maşını ilə Moskvadan Bakıya səfər edirmiş.

“Sürücü gecə avtomobilini “İmperiya” kafesinin yaxınlığındakı dayanacaqda saxlayıb. Kişinin meyiti dayanacaq işçiləri tərəfindən aşkar edilib. Onlar təcili yardıma və hüquq-mühafizə orqanlarına da zəng vurublar. Mərhumun 41 yaşlı İsmayıllı rayonu Qubaxəlilli kənd sakini Əliyev Hikmət Qahir oğlu olduğu üzə çıxıb. Onun bədən xəsarətləri və zorakı ölüm əlamətləri olmayan meyiti məhkəmə-tibbi ekspertizasına göndərilib”, – deyə Buyanova bildirib.

Qeyd edək ki, mərhumun sükan arxasında qəfil ürəktutmadan öldüyü ehtimal edilir. Onun cənazəsi sabah Azərbaycana gətiriləcək.

Mənbə: v1.ru

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər