Türkiyə ordusu Suriyanın şimalında terrorçulara ağır zərbələr endirib.”Unikal” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, “Barış Pınarı” bölgəsində tunel qazaraq hücuma hazırlaşan 5 PKK terrorçusu zərərsizləşdirilib.
“Şəhidlərimizin qanını yerdə qoymuruq”, – nazirliyin yaydığı məlumatda qeyd edib.