Dünya

Polislər yenidən İmran Xanın evini mühasirəyə aldı

Pakistanın keçmiş baş naziri İmran Xanın evi yenidən polis tərəfindən mühasirəyə alıb.”Unikal” xəbər verir ki, bu barədə o, Twitter səhifəsində yazıb:

“Bəlkə də növbəti həbsimdən əvvəl yazdığım son tvitim. Polis evimi mühasirəyə aldı”, – Xan yazıb.Keçmiş baş nazir videomüraciətində bildirib ki, Pakistan “məhv olmaq yolundadır”.“Və mən qorxuram ki, əgər bu gün müdriklik nümayiş etdirilməsə, biz hətta parçaları götürə bilməyəcəyimiz bir mərhələyə gələ bilərik” deyə o qeyd edib. Mayın 9-da Pakistanın keçmiş baş naziri İmran Xan korrupsiyada şübhəli bilinərək milli təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. O, xarici liderlərdən hədiyyələr almaqda və bununla bağlı təqribən 630 min dollar qazanmaqda ittiham olunur. Siyasətçinin həbsi Xanın tərəfdarları ilə polis arasında iğtişaşlara və toqquşmaya səbəb olub, nəticədə bir neçə nəfər ölüb. Mayın 12-də o, Ali Məhkəmənin qərarı ilə zaminə buraxılıb.Qeyd olunub ki, Pakistan hakimiyyəti Xanın həbsi ilə bağlı iğtişaşlar fonunda ordunu İslamabada gətirib .

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin