İdman

Avropa çempionatı: Zöhrə Ağamirova finala yüksəldi – YENİLƏNİB

Azərbaycanın iki bədii gimnastı Bakıda keçirilən Avropa çempionatında fərdi proqramda çıxış edib.

“Report”un məlumatına görə, Zöhrə Ağamirova və İlona Zeynalova təsnifat mərhələsində əvvəlcə halqa və topla bacarıqlarını nümayiş etdiriblər.

Ağamirova halqa ilə hərəkətlərdə 32.150, topla hərəkətlərdə isə 32.550 xal toplayaraq hər iksində finala yüksəlib. O, təsnifatda müvafiq olaraq, 6 və 5-ci yerləri tutub.

Zeynalova halqa ilə hərəkətlərdə hakimlərdən 23.900 xal alaraq 59-cu olub. Gimnast topla hərəkətlərdə isə 27.300 xal toplayıb və yekunda 35-ci yeri tutub.

Qeyd edək ki, yarışın ilk günündə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv iki medal qazanıb.

Qitə çempionatı mayın 21-də başa çatacaq.

11:16

Bakıda keçirilən Avropa çempionatında Azərbaycanın iki bədii gimnastı bu gün fərdi proqramda çıxış edəcək.

Oxu.Az-ın məlumatına görə, Zöhrə Ağamirova və İlona Zeynalova təsnifat mərhələsində halqa və topla bacarıqlarını göstərməyə çalışacaqlar.

Qeyd edək ki, yarışın ilk günündə Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət kollektiv iki medal qazanıb.

Qitə çempionatı mayın 21-də başa çatacaq.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata