Hadisə

Lənkəranda avtomobil ağaca çırpıldı, ölən var

Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Unikal” apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndində qeydə alınıb.

Belə ki, “VAZ 2106” markalı avtomobillə “Hyundai” toqquşub.

Qəzadan sonra “VAZ 2106” ağaca və elektrik dirəyinə çırpılıb.

Hadisə nəticəsində həmin maşının sürücüsü ölüb.

Avtomobildə olan sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.