Hadisə

Bakıda “moyka”dan maşın oğurlandı

Bakıda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən “Unikal”a verilən məlumata görə, mayın 20-də saat 12 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən avtoyuma məntəqəsindən “Toyota” markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Əli Abbasov 28 May qəsəbəsi ərazisində həmin avtomobili idarə edərkən saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.