İdman

“Nyukasl” 20 il sonra yenidən Çempionlar Liqasında

“Nyukasl” 20 il sonra yenidən Çempionlar Liqasında oynayacaq.

Oxu.Az xəbər verir ki, “sağsağanlar” buna İngiltərə Premyer Liqasının 37-ci turunda “Lester”lə qolsuz heç-heçə etməklə nail olublar.

37 oyunda 70 xal toplayan Eddi Haunun komandası turnir cədvəlində 3-cü yeri tutur. Mövsümün başa çatmasına 1 tur qalmış “Nyukasl” 5-ci pillədə olan “Liverpul”u 4 xal qabaqlayır.

Sözügedən komanda sonuncu dəfə 2002/2003 mövsümündə Çempionlar Liqasının iştirakçısı olub.

Ümumən avrokuboklarda isə “Nyukasl” sonuncu dəfə 2012-2013 mövsümündə Avropa Liqasında çıxış edib.

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata