Hadisə

Bakı sakini hoteldə döyüldü

Mayın 22-də saat 22 radələrində Xətai rayonunda yerləşən hotellərdən birində Bakı şəhər sakinləri – 2003-cü il təvəllüdlü Sübhan Şərifzadə və 2004-cü il təvəllüdlü Samir Qədimzadə xuliqanlıq zəminində paytaxt sakini 1979-cu il təvəllüdlü şəxsi döyməsi, hoteldə olan əşyaları dağıdaraq 1000 manat məbləğində ziyan vurmaqla xuliqanlıq hərəkətləri törədiblər.

Bu barədə “Unikal”a DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib. Xəbərə görə, həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılıblar.

Faktla bağlı prosessual qanunvericiliyə uyğun olaraq araşdırma aparılır.

Mayın 23-də saat 22:30 radələrində Faiq Əlverdiyev, Zaur Əsgərov, Əli Məlikov, Əli Əhmədov, Cavid Nəbiyev, Orxan Məmmədov və Seymur Allahverdiyev Xətai RPİ 37-ci PŞ-nin qarşısında toplaşaraq məsuliyyətə cəlb edilən tanışlarının saxlanılmasına etiraz olaraq səs-küy salaraq polis əməkdaşları ilə mübahisəli vəziyyət yaratdıqlarına görə polis bölməsinə gətirilərək barələrində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə inzibati xəta haqqında protokollar tərtib olunaraq məhkəməyə göndərilib.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.