Hadisə

İsmayıllıda DƏHŞƏT: Yük maşını 22 yaşlı oğlanın üstündən keçdi

İsmayıllı rayonunda bədbəxt hadisə baş verib.”Unikal”ın məlumatına görə, bu gün saat 15:00 radələrində rayonun Aşıqbayramlı kənd sakini Mustafayev Teymur Əlipaşa oğlu özünə məxsus “Qaz-53” markalı yük avtomobilinə oğlu və qardaşı ilə birgə ot yığarkən maşını düz yerdə saxlamayıb. Sürücü yerdə olduğu halda avtomobil qəflətən çökək əraziyə tərəf hərəkət edib, ehtiyatsızlıq səbəbindən Teymur Mustafayevin 22 yaşlı oğlu Nicat Mustafayev yük avtomobilinin arxa təkərinin altında qalıb.

Ağır bədən xəsarətləri alan Nicat Mustafayev təcili olaraq İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Faktla bağlı araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Hadisə

Qusarda qanunsuz fəaliyyət göstərən taxta sexləri aşkarlanıb

  • 21 Aprel 2023 - 18:37
Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi əməkdaşlarının əldə olunan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində aprelin 19-da Qusar rayonunun
Hadisə

Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub – FOTO

  • 21 Aprel 2023 - 18:46
Lənkəranda avtomobil yeniyetmə bacı və qardaşı vurub. “Report”un cənub bürosu xəbər verir ki, hadisə rayonun Sütəmurdov kəndi ərazisində baş verib.