Dünya

Kılıçdaroğlu Ərdoğandan 50,2 min dollar tələb edir

Türkiyənin müxalifətdən yeganə prezidentliyə namizədi Kamal Kılıçdaroğlu çərşənbə günü hazırkı prezident Rəcəb Tayyib Ərdoğana qarşı siyasi xadimi ölkədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyası ilə əlaqədə ittiham edən seçki videosuna görə məhkəməyə verib.

“Unikal” xəbər verir ki, siyasətçinin vəkili Cəlal Kılıç jurnalistlərə bildirib ki, Kılıçdaroğluna dəyən mənəvi ziyanın 1 milyon türk lirəsidir (50,2 min dollar).

“Türkiyə prezidentliyinə namizəd Kamal Kılıçdaroğlunun göstərişi ilə Ərdoğana seçki kampaniyasında montaj edilmiş və saxta videodan istifadə etdiyinə görə ona 1 milyon türk lirəsi məbləğində mənəvi təzminat iddiası qaldırılıb. Bu pullar terrorla mübarizədə həlak olan vətəndaşlarımızın övladlarının təhsil almasına sərf olunacaq”, – deyə vəkil bildirib.

Ərdoğan və Kılıçdaroğlu mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda prezidentlik uğrunda mübarizə aparacaq. Mayın 14-də keçirilən birinci turda onların heç biri qalib gəlmək üçün tələb olunan səslərin 50%-dən çoxunu toplaya bilməyib.

0
0

Həmçinin baxa bilərsiniz

Dünya

İstanbulun ən böyük məscidlərindən biri təmirdən sonra ibadətə açıq elan edilib – FOTO

  • 21 Aprel 2023 - 20:32
İstanbulun qədim və böyük məscidlərindən biri sayılan Sultan Əhməd Məscidi təmirdən sonra bu gün ibadətə açıq elan edilib. Açılış mərasiminə
Dünya

Rusiyanın ən varlı deputatlarından biri ÖLDÜ

  • 23 Aprel 2023 - 20:07
Dövlət Dumasının Vahid Rusiya partiyasından olan deputatı Nikolay Bortsov 77 yaşında vəfat edib. “Sizin Zaman” bildirir ki, bu barədə Lipetsk vilayətinin