Cəmiyyət

Yeni məktəbli formalarının qiyməti AÇIQLANDI

“2022-2023 tədris ilində yalnız aşağı siniflər (I-VI) üçün formalar hazırlandı. Zaman az olduğu üçün yuxarı siniflər üçün hazırlanmadı. Artıq yeni tədris ili üçün yuxarı siniflərdə yeni məktəbli formalarından istifadə edə biləcək”.

Bu barədə Trend-in suallarını cavablandırarkən “Bakı Tikiş Evi” ASC-nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.

“2022-2023 tədris ilində məktəb hansı rəngi seçibsə, üç il müddətində həmin rəngdən istifadə etməlidir. Yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 15, şalvar və ətək isə 25 manata olacaq. Parçalar Türkiyə və Belarusdan gəlir. Ötən il olduğu kimi bu il formaların ölçülərinin tapılmaması ilə bağlı problem yaşanmayacaq. 2022-2023 tədris ilində yalnız aşağı siniflər (I-VI) üçün formalar hazırlandı. Zaman az olduğu üçün yuxarı siniflər üçün hazırlanmadı. Artıq yeni tədris ili üçün yuxarı siniflərdə yeni məktəbli formalarından istifadə edə biləcək”, – deyə E.Əzimov əlavə edib.

Xatırladaq ki, ötən il yeni məktəbli formalarında bütün ölçülərdə uzunqol və qısaqol köynəklərin qiyməti 14 manatdır, şalvar və ətək isə 25 manata alıcılara təqdim olunurdu.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər