Cəmiyyət

Qaxda ana və azyaşlı övladı yanıq xəsarətləri alıblar

Qaxda ana və azyaşlı övladı yanıq xəsarətləri alıblar.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında rayonun Marsan kəndində baş verib. Kənd sakini, 1994-cü il Nəsimət Zahid qızı Məmmədli yaşadığı evin həyətində ocaq qalayan zaman ocağa benzin töküb. Anidən baş verən alov nəticəsində N.Məmmədli və yanında olan 6 yaşlı qızı Raziyə Məmmədli müxtəlif dərəcəli termiki yanıq xəsarətləri alıblar. Ana və azyaşlı övladı Qax Rayon Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər