Siyasət

İsveçrədə Azərbaycan Respublikasının Müstəqilliyinin 105-ci ildönümü təntənəli şəkildə qeyd edildi – FOTO

İsveçrənin paytaxtı Berndə Azərbaycan Respublikasının Müstəqilliyinin 105-ci ildönümü təntənəli şəkildə qeyd edilib.

Oxu.Az xəbər verir ki, tədbirdə İsveçrə hökumətinin nümayəndələri, diplomatik korpusun rəhbərləri, İsveçrədə fəaliyyət göstərən diasporumuzun fəal üzvləri və yerli ictimai xadimlər iştirak etdilər.

Tədbirin açılışında Azərbaycan Respublikası, İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığının Dövlət Himnləri səsləndirilib.

Tədbirdə qonaq qismində iştirak edən və İsveçrə Konfederasiyasında səfərdə olan Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev çıxışında 1993-cü ildən başlayaraq çətin, eyni zamanda şərəfli və bütün çətinliklərə baxmayaraq, Azərbaycanlıları qalib xalqa çevirən dövlətimizin tarixi yoluna nəzər salıb. 

Nazir, bu ilin may ayında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə və onun hüdudlarından kənarda da geniş qeyd edildiyini bildirdi. Eyni zamanda, müstəqilliyin bərpa olunması dövründə dövlət və xalqımızın üzləşdiyi çağırışları xatırladaraq, əldə etdiyi nailiyyətləri nümunə göstərib və bu işdə Ulu Öndərin müstəsna rolunu qeyd edib.

Öz növbəsində səfir Fuad İsgəndərov Azərbaycan Respublikası ilə İsveçrə Konfederasiyası arasındakı qarşılıqlı əlaqələrdən və bu münasibətlərin inkişafı perspektivləri, habelə ölkəmizin Avropa regionu üçün enerji təhlükəsizliyin təminatında artmaqda olan rolundan danışıb.

Tədbirin bədii hissəsi Azərbaycan milli rəqsləri ilə davam etdirilib.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,