İdman

Azərbaycan Premyer Liqası: Elitanı tərk edən komanda bu gün müəyyənləşəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında sonuncu – XXXVI tura start veriləcək.

Oxu.Az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma keçiriləcək.

“Sumqayıt” “Zirə”ni, “Qəbələ” “Kəpəz”i qəbul edəcək. Bu görüşlər UEFA Konfrans Liqasına vəsiqə üçün önəmlidir. “Qəbələ” məğlub olmasa, avrokuboklarda iştirakını rəsmiləşdirəcək.

Çempionatın autsayderləri olan “Səbail” və “Şamaxı” “ASCO Arena”da münasibətlərə aydınlıq gətirəcəklər. “Dənizçilər”ə elitada qalmaq üçün heç-heçə də kifayət edəcək. Bölgə klubu isə I Diviziona düşməmək üçün mütləq qələbə qazanmalıdır.

Azərbaycan Premyer Liqası

XXXVI tur

27 may

17:30. “Sumqayıt” – “Zirə”

17:30. “Qəbələ” – “Kəpəz”

20:00. “Səbail” – “Şamaxı”

28 may

“Neftçi” – “Sabah”

“Qarabağ” – “Turan Tovuz”

Turnir cədvəli

1. “Qarabağ” – 87 xal

2. “Sabah” – 81 xal

3. “Neftçi” – 65 xal

4. “Qəbələ” – 49 xal

5. “Zirə” – 47 xal

6. “Turan Tovuz” – 39 xal

7. “Kəpəz” – 30 xal

8. “Sumqayıt” – 31 xal

9. “Səbail” – 26 xal

10. “Şamaxı” – 25 xal

0
0

Həmçinin baxa bilərsiniz

İdman

“Çelsi”nin yeni baş məşqçisi kim olacaq?

  • 21 Aprel 2023 - 20:41
Yulian Nagelsmann artıq “Çelsi”nin yeni baş məşqçisi postu uğrunda yarışdan geri çəkilib. Bu barədə insayder Fabrisio Romano məlumat yayıb. Onun
İdman

“Formula-1”: Azərbaycan Qran Prisinin əsas tribunasının biletləri tamamilə satıldı

  • 21 Aprel 2023 - 20:45
“Formula-1” üzrə Azərbaycan Qran Prisinin Abşeron tribunasının bütün sektorlarına biletlərin hamısı satılıb. Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) verilən məlumata