Siyasət

Dünya Taekvondo Federasiyasının prezidenti: “Azərbaycan taekvondo ailəsi üçün mötəbər yerdir”

“Azərbaycan və paytaxt Bakı taekvondo ailəsi üçün mötəbər yerdir”.

“Report” xəbər verir ki, bunu Dünya Taekvondo Federasiyasının prezidenti Çu Çunq-Von Bakıda təşkil ediləcək dünya çempionatı ərəfəsində mətbuat konfransında deyib.

O, mundialın Bakıda keçirilməsindən məmnunluq ifadə edib:

“Burada olmaq xoşdur. Azərbaycan bir neçə yarışa ev sahibliyi edib. Budəfəki turnir bizim 50 illiyimizə təsadüf edir. Sabah isə Azərbaycanda Müstəqillik Günü qeyd ediləcək. Sizin müstəqilliyiniz taekvondodan da qədimdir. Öz səylərimizlə dünyada sülhə də töhfə vermək istəyirik”.

76 yaşlı funksioner Azərbaycanda taekvondonun sürətlə inkişaf etdiyini də sözlərinə əlavə edib:

“2013-cü ildən Bakıya gəlməyə başlamışam. Ölkə sürətlə dəyişir. Prezident İlham Əliyevlə görüşmək şərəfinə də nail olmuşam. Burada taekvondonun inkişafına dəstək göstərilir”.

Çu Çunq-Von dünya çempionatının uğurlu alınacağına inandığını bildirib:

“Azərbaycan Taekvondo Federasiyasına təşəkkür edirəm. Gənclər və İdman Nazirliyinin də dəstəyini qeyd etmək istəyirəm”.

Qeyd edək ki, dünya çempionatı mayın 29-dan iyunun 4-dək keçiriləcək.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,