Siyasət

“Türkiyədəki prezident seçkisinin nəticəsi Azərbaycan üçün mühüm önəm kəsb edir” – RƏY + FOTO

“Mayın 28-də qardaş Türkiyədə keçirilən prezident seçkisinin ikinci turunun nəticəsi təkcə Türkiyə üçün deyil, ümumilikdə türk dünyası, o cümlədən Azərbaycan üçün mühüm önəm kəsb edir”.

Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

Onun sözlərinə görə, Rəcəb Tayyib Ərdoğanın qalib gəlməsi bu seçkilərdə Azərbaycan-Türkiyə birliyinin, türk dünyasının qazanması deməkdir:

“Çünki əks təqdirdə həm Türkiyə yenidən xarici imperialist güclərin nəzarətinə keçəcək, həm də Türk dünyasının daha da güclənməsi, türk dövlətləri arasında inteqrasiyanın daha da dərinləşməsi istiqamətində son illər həyata keçirilən siyasət yarımçıq qalacaqdı”.

Bu seçkilərin nəticəsinin Türkiyədə olduğu kimi, Azərbaycanda da xalq tərəfindən böyük coşqu ilə qarşılandığını deyən V.İskəndərov əlavə edib ki, bundan sonra Azərbaycan-Türkiyə qardaşlığı daha da güclənəcək.

Qeyd edək ki, mayın 28-də Türkiyədə prezident seçkilərinin ikinci turu üzrə səsvermə prosesi keçirilib.

Prezident vəzifəsi uğrunda 2 namizəd – Cümhur İttifaqının namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və Millət İttifaqının namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kemal Kılıçdaroğlu mübarizə aparıb.

Seçkilərin yekun nəticəsinə əsasən, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan qələbə qazanıb.

0
0

Həmçinin baxa bilərsiniz

Siyasət

“Danışaq?” layihəsinin növbəti qonağı Umayra Tağıyeva: Azərbaycanda su tükənir? – VİDEO

  • 21 Aprel 2023 - 20:27
Jurnalist Həmid Həmidov “Danışaq?” verilişinin yeni buraxılışında izləyicilərə növbəti maraqlı müsahibə təqdim edib. Ənənəvi cümə podkastının budəfəki qonağı Azərbaycanın ekologiya
Siyasət

Erməni təxribatıları davam edir: “Dəmir yumruq” yenidən işə düşə bilər

  • 23 Aprel 2023 - 16:39
Ermənistan hər vəchlə Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunmasına maneə törədir. Rəsmi İrəvan özünü sülh qaranquşu kimi təqdim etsə də,