Cəmiyyət

FHN: Ötən sutka 45 yanğına çıxış olub, dörd nəfər xilas edilib – VİDEO

Ötən sutka ərzində 45 yanğına çıxış, iki halda köməksiz vəziyyətdə qalma və iki nəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində qəza-xilasetmə əməliyyatları zamanı biri azyaşlı olmaqla dörd nəfər, o cümlədən Suraxanı rayonunda baş verən avtoqəza zamanı deformasiyaya uğrayan nəqliyyat vasitəsində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan bir nəfər xilas edilib, Tovuz şəhərində VAZ markalı minik avtomobilində baş verən yanğın zamanı bir nəfər tüstüdən zəhərlənib. Həmçinin, Xəzər rayonunda baş verən nəqliyyat qəzası zamanı deformasiyaya uğrayan avtomobildə sıxılı vəziyyətdə qalan bir nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

0
0

Həmçinin baxa bilərsiniz

Cəmiyyət

Bakıda dörd otaqlı ev yandı

  • 21 Aprel 2023 - 20:43
Bakıda evdə yanğız hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, Qaradağ rayonunda ümumi sahəsi
Cəmiyyət

Azərbaycanda təhsildə rus dili qorunub saxlanılacaq

  • 21 Aprel 2023 - 20:50
“Azərbaycan təhsildə rus dilini qoruyub saxlayacaq”. Bunu Azərbaycanın elm və təhsil nazirinin müavini İdris İsayev aprelin 21-də Həştərxanda keçirilən “Heydər