Dünya

Rusiyada seçki məntəqəsində atışma – Ölən var

Berdyanskda seçki komissiyasının üzvü atışma nəticəsində ölüb.”SizinZaman” xəbər verir ki, bu barədə Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy məlumat verib.“Təəssüf ki, Berdyansk şəhərində seçki komissiyasının səsvermə hüququna malik üzvü vəfat edib. Kamenka-Dneprovskayada, Enerqodarda vəziyyət çətin idi, biz seçki komissiyalarını sənədlərlə birlikdə köçürməyə məcbur olduq”, – deyə Qorovoy bildirib.Bundan əvvəl Zaporojye vilayətinin Berdyansk şəhərində əldəqayırma partlayıcı […]

Dünya

“Solovyov LIVE” kanalının jurnalisti saxlanıldı

Rusiyanın Belqorod şəhərində “Solovyov LIVE” kanalının jurnalisti İlya Korenev saxlanılıb.”SizinZaman” xəbər verir ki, bu barədə “Baza” teleqram kanalında məlumat yayılıb.Nəşrin məlumatına görə, 31 yaşlı Korenev Federal Təhlükəsizlik Xidmətinin (FTX) regional idarəsinin binasında çəkiliş apararkən saxlanılıb.Bildirilir ki, “Solovyov LIVE” operatoru yol polisi əməkdaşları tərəfindən saxlanılıb və hazırda onunla təhlükəsizlik xidmətinin əməkdaşları maraqlanır. 0 0

Hadisə

“8-ci kilometr bazarı”nda başlayan yanğın hələdə söndürülməyib

8-ci km-də yerləşən maşın bazarında yanğın başlayıb.”SizinZaman”hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yanğın bazarın ehtiyat hissələri satılan ərazisindədir.İlkin ehtimala görə, yanğın elektrik naqillərindəki qısaqapanmadan baş verib. Hadisənin dəqiq başvermə səbəbi ilə bağlı araşdırma aparılır. 0 0

İdman

“Sabah” turun son oyununda “Sumqayıt”a qalib gəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVII tura yekun vurulub.”SizinZaman” xəbər verir ki, son oyunda “Sumqayıt” “Sabah”ı qəbul edib. Görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.Hesabı 25-ci dəqiqədə Anatoli Nuriyev açıb. Meydan sahiblərinin heyətində 62-ci dəqiqədə Murad Xaçayev avtoqol müəllifi olub. “Sumqayıt”da isə 84-cü dəqiqədə Eriq Sorqa fərqlənib.Bu nəticədən sonra xallarını 40-a çatdıran “Sabah” ikinci yerə yüksəlib. […]

Dünya

Rusiyada seçki məntəqəsində partlayış – Xəsarət alan var

Permdə məntəqə seçki komissiyasının yerləşdiyi A.Q.Soldatov adına Mədəniyyət Evində partlayış törədilib.”SizinZaman” xəbər verir ki, bu barədə Perm Ərazi Təhlükəsizlik Nazirliyi məlumat yayıb.  “Bu gün, martın 17-də A.Q.Soldatov adına Mədəniyyət Sarayının ayaqyolunda 63 yaşlı qadın fişəng yandırıb. Nəticədə qadın qolundan xəsarət alıb. Ona lazımi tibbi yardım göstərilib. Zərərçəkən tibb müəssisəsinə yerləşdirilib”, – deyə nazirliyin “Telegram” kanalında qeyd olunub. 0 0

Cəmiyyət

Ramazanın səkkizinci gününün duası – İmsak və iftar vaxtı

Sabah Ramazan ayının 8-ci günüdür.”SizinZaman“ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Bakıda imsak saat 05:21-də, iftar isə saat 19:05-dədir.Ramazan ayının 8-ci gününün duası:”Allahummərzuqni fihi rəhmətəl-əytami və it-amət-təami. Və ifşa əs-səlami və söhbətəl-kiram. Bitəvlikə ya məlcəəl-amilin”.Tərcüməsi:”İlahi, bu gün yetimlərə qarşı mehriban olmağı, ehtiyacı olanlara yemək verməyi, camaatla ucadan salamlaşmağı və kəramətli şəxslərlə dostluğu […]

İdman

Karateçimiz Türkiyədə üçüncü yeri tutdu

Azərbaycan karateçisi Turqut Həsənov Türkiyənin Antalya şəhərində keçirilən Premyer Liqa yarışında bürünc medal qazanıb.”SizinZaman” xəbər verir ki, 84 kiloqram çəki dərəcəsində mübarizə aparan yığma üzvü kumite proqramında buna nail olub.Qeyd edək ki, Azərbaycan turnirdə 8 idmançı ilə təmsil olunub. Milli komanda yarışa məşqçilər Şahin Xudaverdiyev və Şahin Atamovun rəhbərliyi ilə yollanıblar. 0 0

İqtisadiyyat

Dollar 40 lirəyə qalxacaq? – Rəsmi açıqlama

Türkiyə prezidentinin administrasiyası Mərkəzi Bankın dolların yeni məzənnəsini milli valyuta – lirəyə (TL) nisbətdə müəyyən etməsi və iki həftədən sonra dolların 40 lirəyə qədər bahalaşacağı barədə məlumatları təkzib edib.  “SizinZaman” bu barədə “RİA Novosti” istinadən xəbər verir. Qeyd olunur ki, türk valyutasının dəyəri daha əvvəl tarixi minimuma çatıb və ilk dəfə olaraq bir dollar üçün […]

Dünya

Moskvada aeroportlarda uçuşlara məhdudiyyət aradan qaldırılıb – YENİLƏNİB

Moskvaya dron hücumuna görə Vunokovo hava limanında uçuş məhdudiyyəti tətbiqi səbəbindən gecikən Moskva-Bakı istiqamətində uçan təyyarə havaya qalxıb.”SizinZaman” xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-yə (AZAL) məxsus J2808 reysini həyata keçirən “Aerobus 320-214” təyyarəsi 15 dəqiqə bundan qabaq havaya qalxıb. Moskva vaxtı ilə saat 10:55 də uçmalı olan reys saatyarıma yaxın gecikmə ilə həyata keçirilib.xxx12:40Təhlükəsizliyin təmin […]

Hadisə

Bakıda doqquzmərtəbəli binada yanğın olub

Bakı şəhərinin Suraxanı rayonunda doqquzmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin yanar kostruksiyaları 12 m² sahədə yanıb və 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib.”SizinZaman” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 0 0