Baş nazirin təyyarəsinin eniş etməsinə mane oldular
Baş nazir Ariel Henriyə müharibə elan edən Haitili dəstələr ölkənin polis akademiyasına və əsas hava limanına hücum ediblər. “SizinZaman” xarici KİV-ə istinadən xəbər verir ki, xarici səfərdən qayıdan Anrinin təyyarəsi bu səbəbdən qonşu Puerto Riko adasına enməli olub. Keçmiş polis Cimmi Çerisir bildirib ki, baş nazir getməsə, ölkədə müharibə başlayacaq. 0 0