“Sahil Babayevə məxsus şirkətin mənə 76 min manat borcu var” – Həbsdə olan MMC müdiri (FOTO)
Ali Məhkəmədə külli miqdarda mənimsəmədə ittiham olunan “Tua-TT” MMC-nin rəhbərinin kassasiya şikayətinə baxılacaq.“SizinZaman”ın məlumatına görə, Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə məhkum olunan Tural Asif oğlu Alışanlının şikayətinə hakim Şahin Yusifovun sədrliyi ilə baxılacaq. Tural Alışanlının hüquqlarını müdafiə edən vəkil Fuad Ağayev məhkəmə prosesinə […]