Dünya

Keçmiş nazir Rusiyaya köçüb, ev tikdirəcək

Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl nəhayət Rusiyaya köçdüyünü açıqlayıb.”SizinZaman” TASS-a istinadən xəbər verir ki, Knaysl Rusiya həqiqətən azad ölkə olduğu üçün bu qərarı verdiyini söyləyib.Knayslın sözlərinə görə, o, Rusiyanın şərqində ev tikmək istəyir və artıq bir yeri nəzərində saxlayır. “Mən burada səmimilik hiss edirəm” deyən keçmiş nazir bildirib ki, o artıq rus dilində də danışmağa başlayıb.  0 0

İdman

“Sabah” “Araz-Naxçıvan”a qalib gəldi

Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib.”SizinZaman” xəbər verir ki, “Sabah” öz meydançasında “Araz-Naxçıvan”la qarşılaşıb.Matçın birinci hissəsində qapılara qol vurulmayıb. Hesab fasilədən sonra açılıb. 54-cü dəqiqədə meydan sahiblərinin oyunçusu Emmanuel Apeh yaxın məsafədən toru silkələyib. Qarşılaşmada son nöqtəni 90+7-ci dəqiqədə Kahim Parris qoyub. Beləliklə, 2:0 hesablı qələbə qazanan bakılılar xallarının sayını 34-ə yüksəldiblər. Naxçıvan […]

Dünya

Daha bir Su-34 təyyarəsi məhv edildi

Ukrayna Silahlı Qüvvələri Rusiyanın daha bir Su-34 təyyarəsini məhv edib.”SizinZaman”  xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri istinadən məlumat yayıb.“Şərq Hava Komandanlığı Su-34 qırıcı-bombardmançı təyyarəsinin vurulmasını təsdiqləyir”, – məlumatda bildirilib. 0 0

Dünya

İnquşetiyada polislərlə silahlılar arasında qarşıdurma olub

İnquşiyanın Karabulak şəhərində hüquq-mühafizə orqanlarının əməkdaşları silahlılara qarşı döyüşür.”SizinZaman” xəbər verir ki,  bu barədə Rusiya mətbuatı məlumat yayıb. “Karabulakda qarşıdurma gedir, yaşayış binasında bloklanan yaraqlılar təslim olmaq təklifinə cavab verib və hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıblar”, – mənbə bildirib.Əvvəllər terror aktlarının və terror cinayətlərinin qarşısının alınması məqsədilə Karabulakda antiterror əməliyyatı rejimi tətbiq edilib.   0 0

Dünya

Güclü yağış 17 nəfərin həyatına son qoydu

Pakistanın şimal-qərbindəki Hayber Paxtunxva əyalətinə yağan güclü yağışlar 17 nəfərin həyatına son qoyubş “SizinZaman” xəbər verir ki, əyalətin bəzi bölgələrində, xüsusilə Peşavar, Aşağı Dir və Bacaurda güclü yağışlar nəticəsində evlərin damları uçub, bəzi evlər isə sürüşmə nəticəsində torpaq altında qalıb.Axtarış-xilasetmə qrupları əyalətdə 17 nəfərin həyatını itirdiyini, 23 nəfərin isə yaralandığını açıqlayıb. Səlahiyyətlilər yaralıların müalicə altına alındığı barədə məlumat paylaşıblar.Ərazidə fövqəladə […]

Dünya

ABŞ Qəzzaya ilk yardım paketini göndərdi

ABŞ Qəzzaya ilk yardım paketini havadan atıb. “SizinZaman” xəbər verir ki, ilk çatdırılma ABŞ prezidenti Co Baydenin Qəzzaya hava yardımı ediləcəyini açıqlamasından sonra edilib.Məlumata görə, Amerika Qəzzaya 3 təyyarə ilə hava yardımı göndərib. Səlahiyyətlilər, yardımın 35 mindən çox yeməkdən ibarət olduğunu bildirib. Xatırladaq ki,  2023-cü ilin otyabrın 7-dən İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda azı 13 min 230-u uşaq, 8 […]

Dünya

Ərdoğan və Əsəd Moskvada görüşəcək – KİV

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya prezidenti Bəşər Əsəd yaxın vaxtlarda Rusiyanın paytaxtında danışıqlar apara bilər.”SizinZaman” xəbər verir ki, bu barədə “Aydınlık” qəzeti məlumat yayıb. Görüşün Rusiya prezidenti Vladimir Putinin dəstəyi ilə keçirilə biləcəyi qeyd edilir.Nəşrin məlumatına görə, görüşün yekun tarixi Rusiya prezidentinin Türkiyəyə səfəri zamanı razılaşdırılacaq.“Tezliklə Putin Türkiyəyə gələcək, səfərin nəticələrinə əsasən bir gün təyin […]

Cəmiyyət

Bu hava şəraitində insult keçirmə riskiniz daha yüksəkdir

Yüksək temperatura uzun müddət məruz qalma kəskin işemik insult riskinin artması ilə əlaqələndirilir.”SizinZaman” xəbər verir ki, bu barədə  “JAMA Network Open” jurnalında araşdırma dərc olunub.Təhlildə Çindən olan kəskin işemik (qan laxtalanması nəticəsində yaranan) insult keçirmiş 82 min xəstə iştirak  edib. Məlumatlar 2019-cu ildən 2021-ci ilə qədər toplanıb. Alimlər xəstələrin yaşı, siqaret çəkmə tarixi, spirt istehlakı, cinsi, yaşayış bölgəsi […]

Hadisə

Kəlbəcərdə yük maşını aşdı – Sürücü öldü

Kəlbəcər rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.”SizinZaman“ın məlumatına görə, hadisə rayonun Nadirxanlı kəndində baş verib. Belə ki, 2000-ci il təvəllüdlü Sabirabad rayon sakini Böyükağa Ağayevin idarə etdiyi yük avtomobili aşıb.Hadisə nəticəsində B.Ağayev həyatını itirib. 0 0

Dünya

Türkiyə-Ermənistan normallaşması ilə bağlı yeni görüş keçiriləcək

Türkiyə-Ermənistan normallaşması ilə bağlı görüş keçiriləcək.”SizinZaman” xəbər verir ki, bu barədə Türkiyə tərəfinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç “RİA Novosti“yə bildirib.Serdar Kılıç qeyd edib ki, iclas keçiriləcək, qərar qəbul edilib.Türkiyə-Ermənistan münasibətlərinin normallaşması ilə bağlı görüşün tarixi və yeri razılaşdırılacaq. 0 0