Siyasət

Ceyhun Bayramov Almaniyaya getdi

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfərə yola düşüb.Bu barədə “Unikal”a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.Səfər çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında ikitərəfli saziş” layihəsi üzrə danışıqların növbəti raundunun, habelə Almaniyanın rəsmi şəxsləri ilə görüşlərin keçirilməsi nəzərdə tutulub. 0 0

Hadisə

İranlı narkotacirlə əlaqə yaradan şəxs Bakıda tutuldu – VİDEO

Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1985-ci il təvəllüdlü paytaxt sakini, əvvəllər məhkum olunmuş Sadiq Nəbiyev saxlanılıb.DİN-dən “SizinZaman“a verilən məlumata görə, həmin şəxsdən külli miqdarda 3 kiloqram 105 qram narkotik vasitə olan marixuana aşkar edilib. S. Nəbiyev marixuananı sosial şəbəkələrdə tanış olduğu […]

Hadisə

Abşeronda 3 otaqlı ev yandı

Abşeronda 3 otaqlı evdə yanğın olub.”SizinZaman” Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, rayonunun Qobu qəsəbəsində ümumi sahəsi 60 m² olan birmərtəbəli 3 otaqlı evin bir otağının və dam örtüyünün yanar konstruksiyaları 28 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. 0 0

Cəmiyyət

“Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı iddiaları tamamilə əsassızdır” – XİN

Ermənistan Xarici İşlər Nazirliyinin Sumqayıt hadisələri ilə bağlı bəyanatında Azərbaycana qarşı irəli sürdüyü iddialar tamamilə əsassız olmaqla yanaşı, tarixi faktların təhrif edilməsi və saxtalaşdırılmasıdır.”SizinZaman” xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatına dair şərhində əksini tapıb.O vurğulayıb ki, bu bəyanat, 1980-ci illərin sonlarından başlayaraq […]

Cəmiyyət

DİN silahlı şəxslərə qarşı əməliyyat keçirdi – VİDEO

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən paytaxt və bölgələrdə üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan və satışını təşkil edən şəxslərə qarşı növbəti əməliyyatlar keçirilib.DİN-dən “Unikal”a verilən məlumata görə, tədbirlər zamanı ümumilikdə 19 silahlı şəxs saxlanılıb. Onlardan 18 ədəd odlu silah, o cümlədən 6 “Makarov” və Avropa istehsalı olan tapança, 7 ədəd “Kalaşnikov” […]

Cəmiyyət

Müəllimlərdən rüşvət alan direktor işdən çıxarıldı

Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə yayılan görüntülərlə bağlı araşdırma aparılıb.”SizinZaman” xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.Araşdırmanın nəticəsinə əsasən, əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə məktəbin direktoru Azər Qazıyev Məktəbəqədər və Ümumi Təhsil […]

Cəmiyyət

Baş nazirdən “Yanar dağ”la bağlı QƏRAR

Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu” və Məmmədli kəndində yerləşən Əli daşı türbəsi (XVII-XVIII əsrlər) “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”na daxil edilib.”SizinZaman” xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov əmr imzalayıb. 0 0

Dünya

Ukrayna ordusu 444 min hərbçi itirib” – Şoyqu

Rusiyanın müdafiə naziri Sergey Şoyqu bildirib ki, xüsusi hərbi əməliyyatın bütün dövrü ərzində (24.02.2022 – davam edir) Ukrayna Silahlı Qüvvələrinin itkiləri 444 mindən çox hərbçi təşkil edib.”SizinZaman” xəbər verir ki, nazir bunu Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında deyib.“Ümumilikdə, xüsusi hərbi əməliyyat zamanı Ukrayna Ordusu 444 mindən çox hərbçi itirdi”, – Şoyqu bildirib.Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski […]

Cəmiyyət

Olimp Hospital” bu fəaliyyətinə görə cərimələndi

Bakıda fəaliyyət göstərən tanınmış tibbi kilinikalardan biri lisenziyada göstərilən xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirdiyi üçün cərimələnib.“SizinZaman”ın məlumatına görə, “Olimp Hospital” MMC İnzibati Xətalar Məcəlləsinin Əhalinin Sanitariya-Gigiyena Və Sanitariya-Epidemioloji Salamatliği Qaydalari Əleyhinə Olan Inzibati Xəta (215.1-ci maddə)  ilə cərimələnib. Belə ki, klinikanı 6 min manatdan 8 min manata kimi cərimə gözləyir. Məhkəmə prosesi mart ayının […]

Cəmiyyət

Yeni ədliyyə naziri kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, 1979-cu il təvəllüdlü Fərid Turab oğlu Əhmədov Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilib.”SizinZaman“ın məlumatına görə, bu sərəncamadək o, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini olub.Qeyd edək ki, F.Əhmədov ixtisasca hüquqşünasdır. Belə ki, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində bakalavr (2000) və magistr (2002) təhsili alıb. 2002–2003-cü illərdə Böyük Britaniyanın Esseks Universitetində, “British Chevening” təqaüdü […]