Siyasət

“Cahan Holding” kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib – FOTO

“Cahan Holding”in şirkətlərinin rəhbər heyəti holdinqin qurucusu Vüqar Abbasovun başçılığı ilə müasir Azərbaycanın memarı, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Fəxri xiyabanda onun məzarını ziyarət ediblər. “Cahan” kollektivi ulu öndərin məzarı önünə əklil və gül dəstələri qoyaraq əziz  xatirəsini hörmət və ehtiramla yad ediblər. Qeyd edək ki, […]

Müharibə

Kiyev Qələbə Günündə üç dəfə Moskvaya dronla hücum cəhdi edib – FOTO

Ukrayna Silahlı Qüvvələri Qələbə Günündə ən azı üç dəfə pilotsuz təyyarələrlə Moskvaya hücum etməyə cəhd edib. Bu barədə “Mash” “Telegram” kanalı məlumat verib. Məlumata görə, söhbət “UJ-22 Airborne” PUA-larından gedir. Onlardan biri Kaluqa vilayətinin Peremışl kəndi üzərində (paytaxtdan təxminən 175 km aralıda) vurulub, ikincisi Moskva Dairəvi Avtomobil yolunun yaxınlığında yerləşən Bitsevski meşəsində yerə endirilib. Üçüncü […]

İqtisadiyyat

Azərbaycanda apreldə inflyasiya səviyyəsi açıqlandı: Bahalaşan məhsullar – SİYAHI

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2022-ci ilin eyni dövrünə nisbətən 113,5%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 116,6 , qeyri-ərzaq məhsulları üzrə 111,8%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,7% təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, aprel ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3%, […]

İdman

Türkiyə Super Liqasında legioner limiti ləğv edilir

Türkiyə Super Liqasında legioner futbolçularla bağlı tətbiq edilən limit aradan qaldırılacaq. Yeni mövsümdən klublar start heyətdə 11 əcnəbi futbolçu oynada biləcəklər. Elita təmsilçiləri, həmçinin 14 legioner sifariş etməkdə sərbəst olacaqlar. Əlavə əcnəbilərin cəlbi üçün isə Türkiyə Futbol Federasiyasının (TFF) aşağı yaş komandalarının inkişafına yardım məqsədilə yaradacağı fonda ödəniş etmək lazım gələcək. TFF-nin qərarı cümə günü açıqlayacağı bildirilir. […]

Cəmiyyət

Bakı metrosunun iş vaxtı bir saat uzadılıb

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə paytaxtda keçirilən kütləvi mədəni tədbirləri nəzərə alaraq, bu gecə Bakı metropoliteninin iş vaxtı bir saat uzadılacaq. Bu barədə “Bakı Metropoliteni” QSC məlumat yayıb. Mayın 11-nə keçən gecə saat 01:00-a qədər metropolitenin bütün stansiyaları sərnişinlərin girişinə açıq olacaq. Gücləndirilmiş iş rejiminin və keçiriləcək tədbirlərin xüsusiyyətlərinə uyğun olaraq, […]

Müharibə

Ukraynada jurnalist faciəli şəkildə həlak oldu – VİDEO

Ukraynada müharibə davam edir. Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb. O bildirib ki, ötən gecə Kiyevdə həyəcan siqnalı qeydə alınmasa da, Donetsk, Xarkov, Zaporojye, Xerson, Dnepropetrovsk və Kirovoqrad vilayətlərində gərginlik müşahidə olunub. “Ukrayna Ordusunun Xerson və Donetskdə həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Baxmut şəhərində bir küçə işğaldan azad edilib. […]

İdman

Bakıda ilk dəfə 100 lövhədə şahmat seansı keçirildi – FOTO

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə Dənizkənarı Bulvarda tanınmış şahmatçılar eyni anda 100 lövhədə seansda iştirak ediblər.  Federasiyadan verilən məlumata görə, seans zamanı üçqat Avropa çempionu, gənclər arasında ikiqat dünya çempionu Şəhriyar Məmmədyarov, üçqat Avropa çempionu, Dünya Kubokunun qalibi Teymur Rəcəbov, üçqat qitə çempionları Rauf Məmmədov, Qədir Hüseynov, eyni zamanda […]

Siyasət

Generallar və yüksək rütbəli dövlət rəsmiləri Fəxri Xiyabanda (FOTOLAR)

Bu gün bir sıra dövlət rəsmiləri Heydər Əliyevin məzarını ziyarət edib. Ziyarətə gələnlər arasında Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova, Təhlükəsizlik Şurasının katibi Ramil Usubov, Azərbaycan Prezidentinin köməkçiləri Məhərrəm Əliyev, Fuad Ələsgərov, Şahmar Mövsümov, Hikmət Hacıyev, Xalid Əhədov, Ədalət Vəliyev, Kərəm Həsənov və Zeynal Nağdəliyev də olub. “Unikal.az” saytına istinadən Fəxri Xiyabana […]

İdman

Sənan Qurbanov: “Neftçi” rəhbərliyi radikal qərarlar verə bilər” – MÜSAHİBƏ

“Neftçi” futbolçularının əvvəlki motivasiyası yoxdur”. Bunu futbol veteranı Sənan Qurbanov APA-ya müsahibəsində deyib. Onunla müsahibəni təqdim edirik: – “Neftçi” Premyer Liqanın 33-cü turunda “Turan Tovuz”a 0:4 hesabı ilə uduzdu. Nəticə sizin üçün gözlənilməz oldu? – Mənim üçün də hesabın bu cür böyük olması təəccüblü gəldi. “Neftçi”nin “Turan Tovuz”a səfərdə belə uduzmasına təəccübləndim. Səbəblərdən biri odur […]

Siyasət

TASS Heydər Əliyevin SSRİ-dəki uğurlu fəaliyyətindən yazdı

“Mayın 10-da Rusiya və Azərbaycanda sovet dövlət xadimi, SSRİ Nazirlər Soveti sədrinin keçmiş birinci müavini, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü Heydər Əliyevin anadan olmasının 100 illiyi qeyd olunur”. Bu barədə Rusiyanın TASS İnformasiya Agentliyinin ulu öndərin yubileyinə həsr etdiyi məqalədə deyilir. Nəşrdə SSRİ Nazirlər Soveti sədrinin köməkçisi, SSRİ Nazirlər Soveti Bürosu sədrinin sosial […]