Siyasət

Prezident veteranları təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev tviter hesabında 9 May Qələbə günü ilə bağlı paylaşım edib. “Unikal” xəbər verir ki, paylaşımda deyilir: “9 may ‒ II Dünya müharibəsində faşizm üzərində qələbə münasibətilə Azərbaycan veteranlarını təbrik edirəm!”. 0 0

Cəmiyyət

Bakıda yük avtomobili yanıb – FOTO

Bakıda yük maşını qəflətən yanıb. APA xəbər verir ki, hadisə Bakı Dairəvi Avtomobil Yolunda qeydə alınıb. Yanğın qısa müddətdə genişlənib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb olunub və yanğın söndürülüb. Bu səbəbdən hadisənin baş verdiyi ərazidə sıxlıq müşahidə olunub. Fakt araşdırılır. 0 0

İdman

Çempionlar Liqasında finala bərabər oyun: “Real Madrid” “Mançester Siti”ni qəbul edir

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə start veriləcək. “Report”un məlumatına görə, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Turnirin son qalibi olan İspaniya “Real Madrid”i finala gedən yolda İngiltərənin “Mançester Siti” komandasını qəbul edəcək. “Santyaqo Bernabeu” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı portuqaliyalı FIFA referisi Artur Diaş idarə edəcək. İki […]

Siyasət

Birinci vitse-prezident Mehriban Əliyevadan Qələbə Günü təbriki

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə veteranları təbrik edib. Bununla bağlı Birinci vitse-prezident sosial şəbəkədə paylaşım edib. “Faşizm üzərində Qələbə Günü münasibətilə bütün veteranlarımızı təbrik edir, hər bir vətəndaşımıza möhkəm cansağlığı, ölkəmizə sülh və tərəqqi arzulayıram!” – paylaşımda deyilir. 0 0

Cəmiyyət

Azərbaycanda zəlzələ olub

Azərbaycanda zəlzələ olub. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 06:30-da Cəlilabad stansiyasından 23 km şimalda, Biləsuvar rayonunda 3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 8 kilometr dərinlikdə yerləşib. Zəlzələ hiss olunmayıb. 0 0

Dünya

Milyarder Til öldükdən sonra kriokonservasiya olunacaq: Gələcəkdə dirilmək üçün

PayPal-ın həmtəsisçisi, amerikalı milyarder Peter Til ölümündən sonra kriogenin mühafizəsi üçün qeydiyyatdan keçdiyini açıqlayıb. Qaynarinfo bu barədə Business Insider-ə istinadla xəbər verir. Peter Til Bari Weiss-in “Bari Weissdən vicdanla” podkastında iştirak edib və öləndən sonra cəsədinin dondurulmasını və “gələcəkdə canlandırılması üçün” kriogen kamerada saxlanmasını istədiyini açıqlayıb. “Mən bunu daha çox ideoloji bir bəyanat kimi düşünürəm. Bunun […]

İdman

“Qarabağ”ın əvəzedici komandasının futbolçusu Şirxan Hüseynzadə vəfat etdi

“Qarabağ”ın əvəzedici komandasının futbolçusu Şirxan Hüseynzadə vəfat edib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, bir müddət əvvəl məşq zamanı ürəyində problem yaşayanan 20 yaşlı müdafiəçinin müalicəsi effekt verməyib. O, bu gün axşam vəfat edib. Xatırladaq ki, aprelin 22-də əvəzedici komandanın məşqindən əvvəl Azərbaycan U-21 millisinin üzvünün halı pisləşib. Dərhal xəstəxanaya çatdırılsa da, onu ayıltmaq mümkün olmayıb. Həkimlər bir […]

Cəmiyyət

Bir neçə dövlət qurumu avtomobillərini ucuz qiymətə satır – SİYAHI

Azərbaycanda bir neçə dövlət qurumunun balansında olan bəzi avtomobillər hərrac yolu ilə satışa çıxarılır. Trend-in məlumatına görə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təşkil ediləcək hərrac mayın 16-da baş tutacaq. Hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı aşağıdakı kimidir: S/N Balanssaxlayıcı müəssisənin adı Əlaqəli şəxs Nəqliyyat vasitəsinin markası Buraxılış ili Start qiyməti Qeyd 1 Dövlət Gömrük Komitəsinin Avtomobil […]

Cəmiyyət

Bərdədə narkotik satan qardaşlar saxlanıldılar

Bərdədə narkotik vasitələrinin satışı ilə məşğul olan qardaşlar saxlanıblar. APA-nın xəbərinə görə, Bərdə polisinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində 4 nəfər saxlanılıb. Rayon sakinləri Məmmədov Pərviz və onun qardaşı Məmmədov Vüsal Zakir oğlu həmyerliləri Talıbov Sərdar Yapon oğlu, Bəbirov Pərviz Novruz oğlu saxlanılıblar. Saxlanılan şəxslərə baxış zamanı üzərlərindən hüquq-mühafizə əməkdaşları külli miqdarda narkotik vasitələri aşkarlayıblar. Əməliyyat-axtarış […]

Siyasət

ABŞ-də Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirildi – FOTO

ABŞ-nin Nyu-York şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şahmat turniri keçirilib. “Report” xəbər verir ki, Heydər Əliyev adına şahmat turniri uzun illərdir Birləşmiş Ştatlarda fəaliyyət göstərən beynəlxalq dərəcəli şahmat ustası Elvin Bağır-Pourun rəhbərlik etdiyi “Chess Father” şirkətinin təşkilatçılığı və Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub. Turnirin […]