Dünya

Polşa Ukraynaya 10 ədəd MiQ-29 verdi

Polşa Ukraynaya 10 ədəd MiQ-29 döyüş təyyarəsi təhvil verib. “Unikal” xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Mariuş Blaşçak bildirib. Təyyarələrin nə vaxt göndərildiyi barədə məlumat açıqlanmayıb.  Xatırladaq ki, mart ayının ortalarında Polşa Prezidenti Anjey Duda MiQ-29 təyyarələrinin Ukraynaya təhvil verildiyini açıqlayıb. 0 0

İdman

Premyer Liqa: “Qarabağ” “Qəbələ”ni darmadağın edərək çempionluğa yaxınlaşdı

Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulub. “Report”un məlumatına görə, bağlanış oyununda “Qrabağ” “Qəbələ”ni qəbul edib. “Azersun Arena”da keçirilən görüşdə meydan sahibləri böyükhesablı qələbə qazanıblar – 3:0. Matçda ilk qolu 43-cü dəqiqədə Elvin Cəfərquliyev vurub. 75-ci dəqiqədə Abdullah Zubir fərqi 2 topa çatdırıb. Son nöqtəni isə 84-cü dəqiqədə Ramil Şeydayev qoyub. Bu qələbə ilə xallarını […]

Siyasət

Litva şirkətləri və investorları azad edilmiş ərazilərə dəvət edildi

Litva şirkətləri və investorları Azərbaycanın işğaldan azad edilmiş ərazilərində layihələrdə iştiraka dəvət edilib. Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Hökuməti və Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclasında bildirilib. Komissiyanın iclasına Azərbaycan tərəfindən xarici işlər naziri Ceyhun Bayramov, Litva tərəfindən xarici işlər naziri Qabrielius Landsberqis həmsədrlik edib. İclasda açılış nitqi […]

İqtisadiyyat

AİB Azərbaycanla yeni tərəfdaşlıq strategiyasının istiqamətlərini AÇIQLADI

Asiya İnkişaf Bankı (AİB) 2024-cü ildə Azərbaycanla 2024-2028-ci illəri əhatə edəcək yeni tərəfdaşlıq strategiyasını həyata keçirməyə başlayacaq. Bankdan verilən məlumata görə, AİB-nin cari əməliyyatları özəl sektorun inkişafının stimullaşdırılması, dövlət sektorunun səmərəliliyinin artırılması, infrastrukturun yaxşılaşdırılması və insan kapitalının gücləndirilməsinə yönəlmiş və 2019-2023-cü illər üçün olan tərəfdaşlıq strategiyası çərçivəsində həyata keçirilir. “2023-cü ildən 2026-cı ilə qədər AİB […]

Siyasət

Qərbi Azərbaycan Xronikası: “Doğma torpaqlara qayıtmaq bizim haqqımızdır” – VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb. Milli Məclisin deputatı Naqif Həmzəyev müsahibəsində doğulduğu və uşaqlığının keçdiyi Göyçə mahalında üzləşdikləri çətinliklərdən söhbət açıb. O, 1988-ci ildə ailəsi ilə birlikdə Basarkeçər rayonunun Nərimanlı kəndindən məcburən çıxarıldıqlarını, əvvəlcə Kəlbəcər rayonunda, sonra isə Gəncə şəhərində məskunlaşdıqlarını və uşaqlıq dövründə yaşadığı deportasiyanın ağır olduğunu bildirib. Onun sözlərinə görə, […]

İqtisadiyyat

Tarixi məkanlarda xarici turistlərlə bağlı qiymət siyasəti necə olmalıdır? – FOTO

Azərbaycanda bəzi tarixi-mədəni məkanlara giriş üçün xarici turistlərdən yerli vətəndaşlarla müqayisədə bir neçə dəfə artıq məbləğdə ödəniş tələb edilir. Nəzərə alaq ki, milli-mədəni və tarixi dəyərlərimizi dünyaya tanıtmaq və xaricdən turist cəlbini artırmaq ölkəmizin turizm sektoru üçün prioritet məsələdir. Bu baxımdan əcnəbi turistlərə belə fərqli qiymət yanaşmasının tətbiqi nə dərəcədə məqsədəuyğundur? Turizm sahəsi üzrə ekspert […]

Cəmiyyət

Məscidin nəzir qutusundan oğurluq etdi, həbs olundu

Bakıda məsciddə nəzir qutusundan pullar oğurlanıb.  Qaynarinfo-nun məlumatına görə, hadisə “Sahibəzzaman” məscidində baş verib.  Məscidin axundu Nizami rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək, naməlum şəxs tərəfindən nəzir qutusundan 90 manat pulun oğurlandığını bildirib. Polisin apardığı araşdırma zamanı oğurluğu 1985-ci ildə Gəncə şəhərində anadan olmuş Tacəddin (şərti) tərəfindən törədildiyi məlum olub.  O, […]

Dünya

Zərdüşt Əlizadə: “Rusiya üçün yaxşı sonluq görmürəm”

Rusiyada son zamanlar hərbləşdirilmiş “Vaqner” qrupunun rəhbəri Yevgeni Priqojinlə müdafiə naziri Sergey Şoyqu arasında münasibətlər daha da kəskinləşib. Priqojin Rusiyanın Baxmut ətrafındakı döyüşlərdə ciddi nəticələr əldə etməməsinin əsas günahını Şoyqunun üstünə ataraq, yaranmış vəziyyətdə onu təqsirkar sayıb.  Belə ki, Priqojin Şoyqunu “Vaqner” qrupuna silah-sursat verməməkdə ittiham edərək, mövcud vəziyyətdə cəbhə xəttindəki mövqelərini tərk edəcəklərilə hədələyib. […]

Cəmiyyət

“Sosial iş” məzunları ilə görüş keçirilib – FOTO

Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında “Sosial iş” ixtisasının ilk məzunları ilə Akademiyanın professor-müəllim heyətinin görüşü keçirilib. “Unikal” xəbər verir ki, tədbirdə məzunları salamlayan rektor, professor Hüseyn Qaraşov məzunlarla qurur duyduğunu qeyd edərək, onlara gələcək karyeralarında uğurlar dilədi. Tədbirə qatılan məzunlar Akademiyada aldıqları təhsilin iş dünyasında böyük əhəmiyyət kəsb etdiyini vurğulayaraq müəllimlərə öz minnətdarlıqlarını bildirdilər.Çay süfrəsi […]

İdman

Boksçularımız dünya çempionatında rəqiblərini məğlub edib

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən dünya çempionatında Azərbaycanın daha 2 boksçusu mərhələ adlayıb. Federasiyadan “Unikal”a verilən məlumata görə, mundialın 8-ci günündə yığma üzvlərindən biri 1/8, digəri 1/4 finala yüksəlib. Boksçumuz Nicat Hüseynov (54 kq) Po-Hao Hsu (Tayvan) ilə döyüşüb. 1/16 final çərçivəsində baş tutan qarşılaşma Avropa çempionumuzun qələbəsi ilə başa çatıb. O, rəqibini 5:0 (30:26, 30:26, 30:26, 30:26, […]