İdman

“Beşiktaş”ın Bakıya səfər proqramı açıqlandı

“Sabah”la xeyriyyə matçında qarşılaşacaq Türkiyə “Beşiktaş”ının Bakıya səfər proqramı açıqlanıb. “Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Azərbaycan paytaxtına oyun günü – mayın 13-də gələcək. Komandanı gətirəcək təyyarə Bakı vaxtı ilə saat 16:00-da havaya qalxacaq. “Qara qartallar” “Hilton” hotelində məskunlaşacaqlar. Superliqa təmsilçisi oyundan dərhal sonra Türkiyəyə qayıdacaq. Qeyd edək ki, Tofiq Bəhramov […]

Cəmiyyət

Çavuşoğlu gələcək karyerasından danışdı

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu CNN TÜRK Xüsusi Xəbərlər Departamentinin rəhbəri Fulya Öztürkün suallarını cavablandırıb. O, qarşıdan gələn seçkilərlə bağlı proqnoz verib. “Birinci turda proses başa çatacaq. 52-53 faiz arası səs gözləyirəm. İnşallah olacaq. Ədalət və İnkişaf Partiyasının parlamentdəki yerlərinin sayı 300-ü keçəcək. Cümhur İttifaqı olaraq isə daha çox yerimiz olacaq”, – deyə nazir […]

Siyasət

Aqşin Bəbirovun həbsi ilə bağlı qondarma “qərarı” qətiyyətlə qınayırıq – XİN-dən AÇIQLAMA

Cari ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində Azərbaycan Ordusunun itkin düşmüş və Ermənistan tərəfindən əsir götürülmüş əsgərləri Bəbirov Aqşin Qabil oğlu və Axundov Hüseyn Əhliman oğluna qarşı Ermənistanın qurama “məhkəmə prosesi”ni və Aqşin Bəbirovun həbsi ilə bağlı qondarma “qərarı” qətiyyətlə qınayırıq. Bu barədə “Unikal”a XİN-dən məlumat verilib.Bildirilib ki, Azərbaycan əsgərlərini qəddar fiziki […]

Cəmiyyət

Türkan Gündüzü qətlə yetirən ərinin ifadəsi məlum oldu

Mayın 7-nə keçən gecə Abşeron rayonu Novxanı qəsəbəsində yerləşən bağ evində həyat yoldaşı, tanınmış cərrah Türkan Yafəs qızı Gündüzü qətlə yetirməkdə şübhəli bilinən Türkiyə vətəndaşı Muhammet Gündüz barəsində həbs qətimkan tədbiri seçilib. “Qafqazinfo” xəbər verir ki, Abşeron Rayon Məhkəməsinin qərarı ilə 1967-ci il təvəllüdlü M.Gündüz barəsində istintaq müddəti üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. […]

İdman

Rüstəm Orucov Avropa Cüdo Birliyindəki yeni vəzifəsindən danışdı

“Atletlər Komissiyasına üzvü olmaq, cüdonun davamlı böyüməsinə və inkişafına töhfə vermək fürsətinə malik olduğum üçün fəxr edirəm”. Bunu Azərbaycan cüdoçusu Rüstəm Orucov Avropa Cüdo Birliyinin Atletlər Komissiyasına üzv olması barədə danışarkən qurumun rəsmi saytına deyib. Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı digər bacarıqlı idmançılarla əməkdaşlıq etməyə, onların şəraitini yaxşılaşdırmaq və cüdonun inkişafına dəstək olmaq üçün […]

Cəmiyyət

Məhkəmə: “Səlim Müslümov şirkətlərin əvəzinə 4,5 milyon manat ödəyib”

Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. “Report”un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə hakim bildirib ki, təqsirləndirilən şəxsə verilən müddətdə böyük məbləğdə dəymiş ziyanın ödənilməsi həyata keçirilib. Şirkətlərlə bağlı mənimsəmə faktı istisna olmaqla təqsirləndirilən şəxs Səlim Müslümov dəymiş ziyanı tam ödəyib. Həmçinin […]

Cəmiyyət

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirildi – FOTO

Əlahiddə Ümumqoşun Orduda komanda-qərargah təlimi keçirilib. “Report” xəbər verir ki, Əlahiddə Ümumqoşun Orduda qərargahların və şəxsi heyətin döyüş bacarığının təkmilləşdirilməsi məqsədilə komanda-qərargah təlimi keçirilib. Təlim ssenariyə uyğun olaraq birləşmə, hissə və bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi məqsədilə döyüş təyinatlı rayonlara çıxarılması ilə başlanılıb. Təlimin növbəti mərhələsi idarəetmə məntəqələrinin açılması, qərargahlar tərəfindən əməliyyatların planlaşdırılması, qərarların […]

Şou

“Avroviziya” təmsilçilərimizi geyindirən modelyer: “Mənə maraqlı deyil”

“Avroviziya 2023” mahnı müsabiqəsində iştirak edən əkiz qardaşlar Tural və Turan Bağmanovların geyim seçimi insanlar tərəfindən birmənalı qarşılanmayıb. Məsələ ilə bağlı Lent.az-a açıqlama verən əkiz qardaşların modelyeri Aysel Sadıqova deyilən sözlərlə maraqlanmadığını bildirib: “Bizim insanların əksəriyyətinə nəyisə bəyəndirmək çətindir. Bu barədə kimin nə dediyi mənə maraqlı deyil. Əsas olan “Avroviziya” münsifləri tərəfindən geyimin bəyənilməsidir. Və […]

Cəmiyyət

ADU-nun professoru “Fəxri doktor” diplomu ilə təltif edilib (FOTO)

Azərbaycan Dillər Universitetinin (ADU) Fəlsəfə və ictimai elmlər kafedrasının professoru, iqtisad üzrə fəlsəfə doktoru Şəfəq Abdullayeva Beynəlxalq Psixologiya Akademiyasının “Fəxri doktor” diplomu ilə təltif edilib.  Beynəlxalq Psixologiya Akademiyasının rektoru Valentina Kaçmala rəhbərlik etdiyi akademiyanın “Fəxri doktor” diplomunu təqdim etməkdən şərəf duyduğunu vurğulayıb. Şəfəq Abdullayeva ona verilən fəxri ada və göstərilən diqqətə görə Beynəlxalq Psixologiya Akademiyasının […]

Cəmiyyət

Yevlaxda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alındı – FOTO

Yevlaxda qanunsuz tikinti-quraşdırma işlərinin qarşısı alınıb. “Report” xəbər verir ki, qanunsuz tikinti-quraşdırma işləri Yevlax rayonu Nərimanabad kəndi ərazisində Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunun kənarında yerləşən mövcud yanacaqdoldurma məntəqəsinin yaxınlığında aşkarlanıb. Belə ki, aşkarlanan qanunsuz tikinti-quraşdırma işləri ilə bağlı Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə dərhal araşdırma aparılıb və sözügedən ərazidə Nazim […]