Siyasət

Doqquz cəzaçəkmə müəssisəsində əfv sərəncamı icra edilib – YENİLƏNİR + VİDEO

Prezident İlham Əliyevin Azərbaycan xalqının цmummilli дideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında icra edilib. Oxu.Az xəbər verir ki, sərəncam Bakı İstintaq Təcridxanasında beş nəfərə şamil edilib. Onlardan üç məhkum azadlığa buraxılıb, ikisinin isə cəzası azaldılıb. 14:07 Prezident İlham Əliyevin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə imzaladığı əfv sərəncamının […]

Cəmiyyət

Natiq Fərzəliyev: “Mükafatı hər il eyni adamlara verirlər, qalanlar…”

Maraqlı obrazları ilə tamaşaçı rəğbəti qazanan aktyor Natiq Fərzəliyev giley-güzar edib. Lent.az-a açıqlama verən aktyor 42 illik xidməti müqabilində bu günə qədər heç bir fəxri ad almamasından, adının prezident mükafatçıları siyahısına salınmamasından şikayətçidir. “Nə fəxri adım, nə evim var. Yetiməm ona görə? Ağlamayana süd vermirlər. Gərək elə hamımız ağlayaq, səsimizi eşitsinlər. Hər il Prezident mükafatını eyni […]

Cəmiyyət

DİN-in İdarə rəisi QHT-lərə layihələrlə bağlı iradını bildirib

Gəncədə sığınacaq tikilməsi üçün sahə ayrılıb. APA xəbər verir ki, bunu bu gün Milli Məclisin İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsi zamanı Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin rəisi Həzi Aslanov bildirib. Həzi Aslanov deyib ki, son 3 […]

İqtisadiyyat

Uçot dərəcəsi artırıldı: İdxal məhdudlaşacaqmı ?

Pərviz Heydərov yazır… Dünyada və o cümlədən ölkəmizdə inflyasiya tempi zəifləmədiyi üçün mərkəzi banklar pul-kredit siyasətlərini sərtləşdirməyi davam etdirirlər. Hərçənd, bu, elə bir effekt vermir, ancaq başqa əlac da yoxdur. Söhbət, operativ nəticədən gedir.  Məsələn, mayın 3-də ABŞ Federal Ehtiyat Sistemi (FES) baza faiz dərəcəsini onuncu dəfə yüksəltməklə 25 bənd artıraraq 5,00 – 5,25% – […]

Cəmiyyət

Bu gün Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin doğum günüdür – FOTO

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin doğum günüdür. Oxu.Az xatırladır ki, İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub. İ.Mirzəyev 1980-90-cı illərdə Qardabani şəhərində orta məktəbdə təhsil alıb. Birinci Qarabağ müharibəsinin yeni-yeni alovlandığı 1991-ci ildə İ.Mirzəyev Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (BABKM) qəbul olub. 1995-ci ildə oranı “Motoatıcı” […]

Siyasət

“Prezident İlham Əliyev əfv sərəncamı imzalamaqla yüzlərlə ailəni növbəti dəfə sevindirib” – RƏY + FOTO

“Prezident İlham Əliyev əfv sərəncamı imzalamaqla yüzlərlə ailəni növbəti dəfə sevindirib”. Bu fikirləri “Report”a açıqlamasında hüquq müdafiəçisi, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev deyib. Hüquq müdafiəçisi vurğulayıb ki, Azərbaycan Respublikasının əfv tarixində ilk dəfədir, bu qədər böyük sayda insan əfv olunur: “Həmin şəxslərin əksəriyyəti azadlıqdan məhrumetmə cəzasının qalan hissəsindən, digər qismi azadlıqdan məhrumetmə cəzası yarıbayarı […]

Cəmiyyət

Qubadlıda şirkət əməkdaşı faciəli şəkildə öldü

Qubadlı Rayon Polis Şöbəsinə bu gün səhər 10 radələrində təmir-tikinti şirkətlərindən birində çalışan Coşqun Hüseynovun işə gəlməməsi ilə bağlı məlumat daxil olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis kapitanı Aslan Qiyaslının Oxu.Az-a verdiyi məlumata görə, məlumatla əlaqədar keçirilmiş tədbirlərlə Hacıqabul rayon sakini, 1978-ci il təvəllüdlü Coşqun Hüseynovun meyiti Həkəri çayının yatağından […]

Cəmiyyət

Bakıda parklanmaya qarşı quraşdırılan tumbaları oğurlayan şəxslər tutuldular – FOTO/VİDEO

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avtomomobillərin piyadalar üçün nəzərdə tutulan zonalarda qanunsuz parklanmasının qarşısının alınması məqsədilə quraşdırılan dəmir tumbaları oğurlamaqla ölkənin nəqliyyat infrastrukturuna ziyan vuran şəxslər saxlanılıblar. Bu barədə DİN-dən bildirilib. Əməliyyat nəticəsində əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Ceyhun Mirzəyev, Eyvaz Əliyev və Elşən […]

Cəmiyyət

Respublika fənn olimpiadalarının nəticələri elan edilib

Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, biologiya və informatika fənləri üzrə respublika fənn olimpiadalarının nəticələri elan edilib. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, hər iki yaş qrupu üzrə 1-5 və 5-ci yerlə eyni nəticəni göstərən şagirdlər qızıl, 6-15 və 15-ci yerlə eyni nəticəni göstərən şagirdlər gümüş, 16-30 və 30-cu […]

Siyasət

Prezidentin imzaladığı əfv sərəncamı mayın 10-dək icra ediləcək

Prezident İlham Əliyevin mayın 8-də imzaladığı əfv sərəncamının icra ediləcəyi vaxt bəlli olub. Oxu.Az-ın məlumatına əsasən, sərəncamın may ayının 10-dək icra olunması planlaşdırılır. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb.  Sərəncama əsasən 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan […]