Siyasət

Azərbaycan XİN-dən Fransaya CAVAB

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın “France Inter” ictimai radio kanalına verdiyi müsahibə zamanı Azərbaycana qarşı səsləndirdiyi fikirlərə münasibət bildirib. Bu barədə XİN-in məlumatında deyilir. “Fransanın Avropa və xarici işlər naziri Ketrin Kolonnanın Azərbaycanın Qarabağ bölgəsini yanlış olaraq “Dağlıq Qarabağ” şəklində Azərbaycanın daxilində “anklav” adlandırması ölkəmizin […]

Cəmiyyət

Unutduğu telefonu təhvil verdiyi üçün imtahan zalından qovulan şagirdlə bağlı YENİ QƏRAR

Bir müddət əvvəl qatıldığı imtahanda xoşagəlməz hadisə yaşayan və zaldan çıxarılan şagirdlə bağlı müsbət qərar verilib.  Bununla bağlı imtahan zamanı üzərində telefon olduğunu öyrənən və onu təcili formada nəzarətçiyə təhvil verən həmin şagird – Nur Əhvədovanın anası, aktrisa Ellada Sarvan sosial şəbəkə hesabında məlumat yayıb.  O qeyd edib ki, Nur imtahana buraxılacaq: “Sentyabrda təkrar imtahan […]

İdman

Heydər Əliyevin 100 illiyinə həsr edilmiş ultramarafon yürüşünə yekun vuruldu – FOTO

Gənclər və İdman Nazirliyi, Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş Ağstafa-Bakı marşrutu ilə ultramarafon yürüşünə yekun vurulub. Oxu.Az xəbər verir ki, Ağstafa rayonu Vurğun qəsəbə sakini Ağa Əliyev yürüşə mayın 1-də Ağstafa rayonunda Heydər Əliyevin abidəsi önündən başlayıb. İlk gündə Gəncəyə kimi 96 km-lik məsafə qət edilib. […]

Cəmiyyət

Şabran Rayon İcra Hakimiyyətində YOXLAMALAR APARILIR

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Şabran Rayon İcra Hakimiyyətində yoxlamalara başlayıb.  Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, icra hakimiyyətinin maliyyə məsələləri ilə bağlı araşdırma aparılır.  Şabran Rayon İcra Hakmiyyəti başçısının birinci müavini Hüseyn İlyasov qurumda yoxlama aparıldığını təsdiqləyib. 0 0

Cəmiyyət

ÜST: “Ölkələr xüsusi karantin rejimindən sabit mərhələyə keçə bilərlər” – YENİLƏNİB + VİDEO

Dünyada koronavirusla bağlı fövqəladə vəziyyət başa çatıb. Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Beynəlxalq Səhiyyə Qaydaları üzrə Fövqəladə Hallar Komitəsinin koronavirusla (COVID-19) bağlı 15-ci iclasında deyib. Onun sözlərinə görə, fövqəladə vəziyyətin başa çatmasına baxmayaraq, Cənub-Şərqi Asiya və Yaxın Şərq ölkələrində yoluxma halları artır. Hər həftə minlərlə insan bu xəstəlik səbəbindən dünyasını […]

Cəmiyyət

Sabirabadda 26 yaşlı qadın intihar etdi

Sabirabadda 26 yaşlı qadın intihar edib. “Report”un məlumatına görə, hadisə rayonun Moranlı kəndində qeydə alınıb. Belə ki, kənd sakini, 1996-cı il təvəllüdlü Cəfərova Fərqanə Salam qızı yaşadığı evin həyətindəki yarımtikilidə özünü asıb. İntihar hadisəsinin səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. 0 0

Siyasət

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan millisi yarımfinalda uduzub

Azərbaycan millisi Bakıda ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində yarımfinal oyununa çıxıb. “Report”un məlumatına görə, yığma finala gedən yolda Serbiya kollektivi ilə qarşılaşıb. Görüş rəqibin 3:2 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Azərbaycan 3-cü yer uğrunda matçda Qazaxıstan – Çexiya cütünün məğlubu ilə üz-üzə gələcək. Serbiya isə finalda bu […]

Cəmiyyət

Hökmdarlar Şirvanşahlar sarayında yaşamayıblarsa, məzarlar kimindir? – ARAŞDIRMA + VİDEO

Tarixçi Sara Aşurbəyli “Bakı şəhərinin tarixi”ndə yazır ki, şəhərin adına ilk dəfə 5 və 8-ci əsr mənbələrində “Atəşi-Baquan” kimi rast gəlinir. “Baqavan” toponimi Hind-Avropa dillərinin bir çoxunda günəş, allah mənalarını bildirən “baqa” kökündəndir. Baku TV-nin “Aydın tarix” verilişində bu dəfə sirli Bakının ən hündür yerində tikilən Şirvanşahlar sarayından bəhs olunub. Doğrudanmı burada xanlar, bəylər yaşayıblar? […]

Dünya

Ərdoğan yeni tapılan mənbədən danışdı: “Qabardakı nefti vətəndaşlara ən əlverişli şərtlərlə verəcəyik”

“Qabardakı nefti vətəndaşlarımıza ən əlverişli şərtlərlə verəcəyik”. Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda, Beşyol meydanında keçirilən mitinqdə çıxışı zamanı deyib. Ərdoğan Şırnak vilayətinin Qabar rayonunda tapılan neft mənbəyindən danışıb. “Bir ay ərzində təbii qazı ödənişsiz etdik. Qabardakı nefti də ən əlverişli şərtlərlə vətəndaşlarımıza verəcəyik”, – deyə Ərdoğan qeyd edib. Mənbə: Haber Global 0 […]

İdman

“Neftçi”nin prezidentinin cəzası azaldıldı

AFFA Apellyasiya Arbitraj Tribunalı “Neftçi”nin prezidenti Kamran Quliyevin cəzasını azaldıb. Milli assosiasiyadan verilən məlumata görə, qurum klubun şikayətini qismən təmin edib. Azərbaycan Kubokunda 3-ü şərti olmaqla 5 oyunluq diskvalifikasiya qərarı 4-ü şərti olmaqla 5 matçlıq cəza ilə əvəzlənib. Qeyd edək ki, Kamran Quliyev Azərbaycan Kubokunun yarımfinal mərhələsinin “Turan Tovuz”la səfər matçının (0:1) fasiləsi zamanı stadionun […]