Kriminal

Ağsu sakini intihar edib

Ağsu rayon sakini intihar edib. “Report” xəbər verir ki, hadisə Ağsu şəhərinin Tofiq İsmayılov küçəsində qeydə alınıb. Belə ki, rayon sakini, 1970-ci il təvəllüdlü Q.Əhmədov yaşadığı evdə özünü asıb. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və Patoloji Anatomiya Birliyinin Ağsu rayon şöbəsinə təhvil verilib. […]

Siyasət

Dövlət Sərhəd Xidməti Akademiyasının 12-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirildi – FOTO/VİDEO

Dövlət Sərhəd Xidməti Akademiyasının 12-ci buraxılışı münasibətilə təntənəli mərasim keçirilib. DSX-dən verilən məlumata görə, mərasim iştirakçıları Fəxri Xiyabanda dahi öndər Heydər Əliyevin məzarını ziyarət edərək ümummilli liderin əziz xatirəsini ehtiramla yad ediblər. Heydər Əliyev Mərkəzinin qarşısında təşkil edilmiş təntənəli mərasimdə Azərbaycan Respublikasının Dövlət Himninin ifasından və Döyüş Bayrağının meydana gətirilməsindən sonra gənc zabitlər təntənəli surətdə […]

Cəmiyyət

Mehman Xəlilovun məşqçisi: “Onun əsəbləri zəif idi, qaydasında olmurdu” – MÜSAHİBƏ + FOTO

7 yaşlı Fərid Bakarovun ölümündə günahlandırılan sambo məşqçisi Mehman Xəlilov həm də idmançı kimi karyerasını davam etdirirdi. Mehman Xəlilovun şəxsi məşqçisi İbrahim Qulamov prosport.az-a müsahibəsində onun əsəb problemləri olduğunu bildirib. Həmin müsahibəni təqdim edirik: – Mehman Xəlilov neçə yaşdan sizdə məşq keçib? – Lap kiçik vaxtlarından. Təxminən 9-10 yaşlarından. Əvvəl cüdo ilə məşğul olurdu. 46 kq-da […]

Siyasət

Leyla Əliyeva ulu öndərin 100 illiyinə həsr edilən ekoloji aksiyalarda iştirak edib

Yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar mayın 5-də Lənkəran rayonunda silsilə ekoloji aksiyalar keçirilib. Oxu.Az xəbər verir ki, ilk olaraq, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və gənc könüllülərin iştirakı […]

Dünya

Zahidanda etnik bəluclar küçələrə axışdılar

İranın Zahidan şəhərində etnik bəluclar cümə namazından sonra yenidən küçələrə axışıblar. Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib. Bildirilir ki, etirazçılar “Siyasi və din xadimlərini həbsə atmaqla heç bir problem həll olunmur”, “Mövlana Muradzehini həbsdən azad edin!” kimi şüarlar səsləndiriblər. Xatırladaq ki, İranda son 5 gündə 19 etnik bəluc barəsində çıxarılan ölüm hökmü icra olunub. 0 […]

Cəmiyyət

Şəhriyar Məmmədyarov: “Təəssüf ki, karyeramızın ən yaxşı vaxtlarında Karlsenə rəqib olduq”

“Təəssüf ki, karyeramızın ən yaxşı vaxtlarında Karlsenə rəqib olduq, o da hər zaman bizdən güclü idi”. Bunu “Report”a açıqlamasında Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov şahmat üzrə dünya çempionatı haqqında danışarkən deyib. O bildirib ki, artıq dünya şahmatında lider yoxdur: “Maqnus Karlsen çox güclü idi və onunla rəqabət aparmaq mümkün deyildi. Bu, bir az da bizim şanssızlığımız idi. […]

İqtisadiyyat

“Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı unikal xalçanın təqdimatı keçirilib – YENİLƏNİB + FOTO

İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə nümayiş etdirilən “Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı ensiklopedik xatirə xalça kompozisiyası Ulu Öndərin irsini və fəaliyyətini ilmələrdə əks etdirir.  Oxu.Az xəbər verir ki, İqtisadiyyat Nazirliyi və “Azərxalça” ASC-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik […]

Siyasət

“Prezident Kuboku-2023”: Azərbaycan avarçəkənləri daha dörd medal qazanıblar

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident Kuboku-2023” beynəlxalq reqatasında ikinci günə start verilib. “Report”un məlumatına görə, yarışın Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən mərhələsində 500, 1500 və 2000 metr məsafəyə mübarizədə qaliblər müəyyənləşib. Azərbaycan təmsilçiləri ikinci yarış günündə ümumilikdə 4 medal (1 gümüş, 3 bürünc) qazanıblar. 2005-2008-ci il təvəllüdlü qızların […]

Siyasət

Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməli qoyulub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 5-də Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyub. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına layihə haqqında məlumat verilib. Bildirilib ki, layihə 2040-cı ilədək perspektiv inkişaf nəzərə alınmaqla Füzuli şəhərində 50 min nəfərin içməli su təchizatı yaxşılaşdırılmasına hesablanıb. Layihə çərçivəsində 15 subartezian quyusunun qazılması, uzunluğu 10,7 kilometr […]

Siyasət

İlham Əliyev və Mehriban Əliyeva özbək xalqının hədiyyəsi olan məktəb binasında tikinti işlərilə tanış olublar

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən 960 şagird yerlik məktəb binasında tikinti işlərinin gedişi ilə tanış olublar. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə inşaat işlərinin gedişi barədə məlumat verilib. Bildirilib ki, ötən il başlanılan tikinti işlərinin bu ilin […]