Siyasət

Sınağa çəkilən Ermənistan: Andlara və vədlərə əməl etmək zamanı – ŞƏRH + FOTO

Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üzrə daha bir tarixi danışıq oldu. Mayın 1-dən 4-dək ABŞ-nin Virciniya ştatının Arlinqton şəhərində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında danışıqlar baş tutub. Səfər çərçivəsində nazirlər ABŞ-nin dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla görüşüblər. […]

Siyasət

Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməli qoyulub

Mayın 5-də Xocavənd rayonunun Tuğ kəndində ilk yaşayış məhəlləsinin təməli qoyulub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva məhəllənin təməlinin qoyulması mərasimində iştirak ediblər. Dövlətimizin başçısına və Birinci vitse-prezidentə yaşayış məhəlləsi barədə məlumat verildi. Bildirilib ki, ümumi sahəsi 99 hektara yaxın olan ilk yaşayış məhəlləsi Tuğ kəndinin təsdiq edilmiş Baş planına uyğun qaydada […]

Siyasət

İlham Əliyevə və Mehriban Əliyevaya Hadrutun turizm inkişaf konsepsiyası barədə məlumat verilib

Mayın 5-də Hadrut qəsəbəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya Hadrut qəsəbəsinin turizm inkişaf konsepsiyası barədə məlumat verilib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezidentə Hadrutda turizmin inkişaf etdirilməsi üçün Dövlət Turizm Agentliyi tərəfindən ilk növbədə qəsəbənin tarixi hissəsində mərkəzi məhəllənin bərpasının və abadlaşdırılmasının nəzərdə tutulduğu bildirilib. Qeyd olunub ki, Hadrutun tarixi […]

Kriminal

Astara sakinini baltalayan şəxs tutuldu

Qeyri-aşkar şəraitdə törədilmiş xüsusilə ağır cinayətin üstünün isti izlərlə açılması təmin edilib. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətləri birgə məlumat yayıblar. Məlumatda deyilir: “Xəbər verildiyi kimi mayın 3-də Astara rayonunun Şümrüd kənd sakini 1969-cu il təvəllüdlü Eynəli Əzizovun kəndin meşəlik ərazisində üzərində xəsarət izləri olan meyitinin aşkar olunması faktına görə Astara Rayon […]

İdman

Mahir Emreli Xorvatiyaya qayıdacaq

İcarə əsasında Türkiyənin “Konyaspor” klubunda çıxış edən Mahir Emreli mövsümün sonunda müqavilə ilə məxsus olduğu Xorvatiya “Dinamo”suna qayıdacaq. Zaqreb təmsilçisinin baş məşqçisi İqor Bişçan azərbaycanlı hücumçunu sərəncamında görmək istəyir. Onun yayda göndərəcəyi futbolçuların arasında Mahirin adı yoxdur. Emrelinin “Dinamo” ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir. Zaqreblilər onu mövsümün sonuna kimi “Konyaspor”a icarəyə veriblər. Mənbə: vecernji.hr […]

Cəmiyyət

RƏSMİ: COVID-19 pandemiyası bitdi – YENİLƏNİB

Ümumdünya Səhiyyə Təşkilatı COVID-19 pandemiyası statusunu ləğv edib. Bu barədə mayın 5-də ÜST rəhbəri Tedros Adhanom Qebreyesus bəyan edib. Xatırladaq ki, 2020-ci il martın 11-də ÜST COVID-19 epidemiyasını pandemiya elan etmişdi. Qurumun məlumatına görə, koronavirus infeksiyasından indiyədək 20 milyon insan vəfat edib. 16:40 Dörd həftə ərzində dünyada COVID-19-dan ölüm halları 30% azalıb. Bu barədə Ümumdünya […]

Siyasət

Böyük Britaniya baş nazirinin ticarət elçisi Azərbaycana səfər edəcək

Böyük Britaniyanın baş nazirinin ticarət elçisi Baronessa Emma Nikolson mayın sonunda Azərbaycana səfər edəcək. Bu barədə “Report”a müsahibəsində Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld deyib. Onun sözlərinə görə, Baronessa Emma Nikolson Bakı Enerji Həftəsində iştirak etmək üçün Bakıya gələcək. Xatırladaq ki, Azərbaycanın paytaxtında mayın 31-dən iyunun 3-dək Bakı Enerji Həftəsi keçiriləcək. Bakı Enerji Həftəsi çərçivəsində 28-ci […]

Siyasət

Hadrutda ilk yaşayış məhəlləsində 28 fərdi ev tikiləcək

Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Hadrut qəsəbəsində salınacaq ilk yaşayış məhəlləsinin təməlinin qoyulması mərasimində iştirak ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına görüləcək işlər barədə məlumat verilib. Qeyd edilib ki, ilk yaşayış məhəlləsi 28 fərdi evdən ibarət olacaq. Tikiləcək evlərin ikiotaqlı, üçotaqlı, dördotaqlı və beşotaqlı olması nəzərdə tutulur. Mənzillərin sahəsi 70-120 kvadratmetr təşkil […]

Cəmiyyət

Kiyevin müdafiəsində iştirak edən azərbaycanlı mükafatlandırılıb – FOTO

Ukraynanın paytaxtı Kiyevin ötən ilin fevral-mart aylarında Rusiyanın hücumuna qarşı müdafiəsində fərqlənənlər mükafatlandırılıblar. “Report”un Şərqi Avropa bürosunun məlumatına görə, Kiyev vilayətinin azad olunmasının bir illiyi ərəfəsində mükafatlandırılan şəxslər arasında azərbaycanlı da var. Həmin şəxs əslən Azərbaycanın Zaqatala rayonundan olan Quliyev Şamxal Namiq oğludur. Uzun illərdir ki, Ukraynada yaşayan Şamxal Quliyev Kiyev vilayəti hərbi administrasiyası tərəfindən […]

İqtisadiyyat

Azərbaycanda Turizm Reyestri istifadəyə verilib

“Son illər ölkədə sənaye tənzimlənməsi istiqamətində bir sıra tədbirlər görülür. Turizm sektorunda bir müddətdir üzərində işlədiyimiz Turizm İnformasiya Sistemi artıq ictimaiyyətə təqdim edildi”.Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Turizm İnformasiya Sisteminin təqdimat mərasimində çıxışı zamanı deyib.O bildirib ki, bu sistem xidmət keyfiyyətinin artırılmasına və sağlam rəqabət mühitinin formalaşmasına xidmət […]