Cəmiyyət

Şəkidə məktəbdə ölüm hadisəsi baş verib

Şəkidə məktəbdə ölüm hadisəsi baş verib. APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün rayonun Aran kənd tam orta məktəbində baş verib. Məktəbdə texniki işçi kimi çalışan Aran kənd sakini, 1972-ci il təvəllüdlü Telman Məhərrəm oğlu Əzizovun vəziyyəti qəfil pisləşib və o keçinib. İlkin araşdırma zamanı T.Əzizovun ürəktutmadan öldüyü məlum olub. 0 0

Siyasət

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən xatirə pul nişanları hazırlanıb – FOTO

Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr edilən xatirə pul nişanları hazırlanıb. Oxu.Az xəbər verir ki, Mərkəzi Bank tərəfindən hazırlanan pul nişanları bu gün ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirdə təqdim edilib. Mərkəzi Bank sədri Taleh Kazımov pul nişanlarının bu il mayın 10-dan tədavülə buraxılacağını elan edib. Tədbirdə qeyd edilib ki, xatirə […]

İdman

Azərbaycan paralimpiya yığması Almaniyada “gümüş” qazandı

Milli Paralimpiya Komitəsinin güllə atıcılığı üzrə yığmasının üzvləri Almaniyanın Hannover şəhərində keçirilən beynəlxalq turnirdə daha bir medal qazanıblar. Komitənin mətbuat xidmətinin yaydığı məlumata görə, kişilərdən ibarət komanda yarışında iştirak edən Kamran Zeynalov, Rafiq Əliyev və Rəşad İmaməliyev pnevmatik tapançadan 10 metrə atəşdə gümüş medala yiyələniblər. Eyni zamanda, Rafiq Əliyev yüksək nəticə göstərərək, dünya çempionatına lisenziya […]

Siyasət

İlham Əliyev və Mehriban Əliyeva Xocavənd rayonuna səfər ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 5-də Xocavənd rayonuna səfər ediblər. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına və Birinci vitse-prezident Tuğ kəndində həyata keçiriləcək turizm layihələri barədə məlumat verilib. Prezident İlham Əliyev burada İnzibati Mərkəzin və ilk yaşayış məhəlləsinin təməlini qoyub. Sonra Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Hadrut qəsəbəsində tam orta məktəbin […]

İdman

Azərbaycan millisinin qapıçısı: “Kuboku Bakıda saxlamaq istəyirik” – MÜSAHİBƏ

Minifutbol üzrə Azərbaycan yığması Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq turnirdə qrup mərhələsini qol buraxmadan başa vuraraq, pley-offa adlayıb. Yığmanın turnirdə qapısından top buraxmayan yeganə komanda olmasında əsas pay sahibi qapıçı Davud Kərimidir. Serbiya ilə keçirilən son matçın ardından “Report”un suallarını cavablandıran 39 yaşlı qolkiper hədəflərinin turniri qalib kimi […]

Cəmiyyət

Azərbaycanda torpaq sürüşməsi olub – FOTO/VİDEO

Fövqəladə Hallar Nazirliyinə Siyəzən rayonunun Sədan kəndində baş vermiş torpaq sürüşməsi nəticəsində kənd sakinləri N.Qanbayeva və G.Məlikovanın yaşadıqları fərdi yaşayış evlərinin qəzalı vəziyyətdə olması və yaşayış üçün yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub. Bu barədə FHN-in Mətbuat Xidməti məlumat yayıb. Bununla əlaqədar FHN-in Şimal Regional Mərkəzinin əməkdaşları tərəfindən evləri təhlükəli vəziyyətə düşmüş Sədan kənd […]

İqtisadiyyat

Məhkəmə Ramiz Tatarovla bağlı qərar çıxardı

Gəncə Apellyasiya Məhkəməsində Ağstafanın həbsdə vəfat etmiş sabiq icra başçısı Nizaməddin Quliyevlə birgə həbs olunmuş müavini Ramiz Tatarovun barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. Xatırladaq ki, mərhum sabiq icra başçısı və müavini Ramiz Tatarov […]

İdman

Azərbaycan millisinin baş məşqçisi: “Finala yüksəlmək istəyiriksə, gücümüzü qorumalıyıq” – MÜSAHİBƏ

Bakıda keçirilən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq minifutbol turnirində Azərbaycan yığması pley-off mərhələsinə vəsiqə qazanıb. Yer aldığı A qrupunun son oyununda Serbiya ilə qolsuz bərabərə qalan milli üçüncü yeri tutub və yarımfinala vəsiqə uğrunda Fransaya rəqib olub. “Report”un suallarını cavablandıran Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev həm Serbiya ilə matçı […]

Siyasət

Qarabağ və Şərqi Zəngəzur ərazisində balıq buraxılışları və ağacəkmə tədbiri keçirilib – FOTO

Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə 4 may 2023-cü il tarixində Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman Nazirlikləri, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonu üzrə xüsusi nümayəndəliyi, “Azərişıq” ASC, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəsmilərinin iştirakı ilə Suqovuşanda balıq […]

İqtisadiyyat

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft bahalaşıb. Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 0,55 ABŞ dolları, yaxud 0,73% artaraq 75,65 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb. 0 0