Kriminal

Tovuzda kirayəçi ev sahibini döyərək öldürdü

Tovuzda qadının ölümü ilə bağlı 2 nəfər tutulub. Bu barədə azxeber.com rayon prokurorluğundan məlumat verilib. Bildirilib ki, Tovuz şəhər sakini, 1952-ci il təvəllüdlü İntizar Bağırovanın aprelin 30-da yaşadığı evdə aldığı xəsarətlərdən müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1990-cı il təvəllüdlü Aynaz Alıyevanın kirayə yaşadığı evdə aralarında yaranmış mübahisə […]

Cəmiyyət

Bakının havasında dəm qazının miqdarı normadan 1.6 dəfə yüksəkdir

Atmosfer havasının keyfiyyətinin monitorinqi gündəlik olaraq Bakı şəhərinin Səbail, Xətai, Nizami, Nərimanov rayonları və Sumqayıt, Gəncə şəhərləri ərazisində hava keyfiyyəti üzrə fasiləsiz fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə həyata keçirilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, stansiyalardan əldə edilən məlumatların təhlilinə əsasən, gün ərzində Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dəm […]

Kriminal

Bakıda avtomobildən külli miqdarda pul oğurlayan dəstəyə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtda avtomobildən külli miqdarda oğurluq edən dəstənin işi üzrə məhkəmə prosesi başa çatıb. “Trend”in məlumatına görə, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Huseyn Hümbətov 5 il 6 ay, Fərid Ağayev isə 4 il azadlıqdan məhrum edilib. İttihama görə, Yasamal Rayon Polis İdarəsinin 29-cu […]

Siyasət

Prezident İlham Əliyev 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışını edib – FOTO

Mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasının açılışını edib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısına görülən işlər barədə məlumat verildi. Qeyd edək ki, ötən il mayın 26-da Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Azərbaycan-Türkiyə-Avropa Enerji Dəhlizi Layihəsi çərçivəsində təməli qoyulan 330/110 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyası və ikidövrəli olmaqla 132 […]

Cəmiyyət

DİN polis orqanlarında orta rəis heyəti vəzifələrinə xidmətə qəbulla əlaqədar müsabiqə elan edir – FOTO

Daxili İşlər Nazirliyi respublikanın şəhər, rayon polis orqanlarında /Naxçıvan Muxtar Respublikası, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla/ polis sahə rəisi vəzifələrinə xidmətə qəbul ilə əlaqədar müsabiqə keçirir. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Cəmi 50 vəzifənin komplektləşdirilməsi ilə əlaqədar keçirilən müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Test imtahanı – “Azərbaycan […]

Cəmiyyət

“Heydər Əliyev və Azərbaycan gəncliyi” devizi ilə məktəblilər üçün “açıq qapı günü” keçirilib – FOTO

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində “Heydər Əliyev İli” çərçıvəsində “Heydər Əliyev və Azərbaycan gəncliyi” devizi ilə məktəblilər üçün “açıq qapı günü” keçirilib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, əvvəcə, tədbir iştirakçıları xalqımızın ümummilli lideri Heydər Əliyevin Mərkəzin binasındakı büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla […]

Siyasət

Zəngilanın Cahangirbəyli kəndində birinci mərhələdə 1200 nəfərin məskunlaşdırılması nəzərdə tutulur – FOTO

Mayın 4-də Zəngilan rayonunun Cahangirbəyli kəndinin təməlqoyma mərasimi olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Əvvəlcə kəndin inkişaf planı barədə videoçarx nümayiş olundu. Dövlətimizin başçısına kənddə görüləcək işlərlə bağlı məlumat verildi. Bildirildi ki, kəndin layihələndirilən ərazisi 179,5 hektardır. Kənd perspektivdə 2520 nəfər əhalinin (573 ailə) yaşaması üçün planlaşdırılıb. Cahangirbəyli kəndində birinci mərhələdə […]

Siyasət

Zəngilanda otel kompleksinin təməli qoyulub – FOTO

Mayın 4-də Zəngilanda otel kompleksinin təməlqoyma mərasimi olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına kompleksin layihəsi barədə məlumat verdi. Bildirildi ki, Zəngilanın bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Otel müasir səviyyədə inşa olunacaq, rayona səfərə gələnlərin rahatlığı […]

Siyasət

İlham Əliyev “Sarıqışlaq” SES-də tikinti işlərinin gedişi ilə tanış olub – FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 4-də “Azərenerji” ASC-nin Zəngilan rayonunda “Sarıqışlaq” Su Elektrik Stansiyasında tikinti işlərinin gedişi ilə tanış olub. AZƏRTAC xəbər verir ki, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlətimizin başçısına stansiyada görülən işlər barədə məlumat verdi. Bildirildi ki, Araz çayının sol qolu olan Oxçuçayın üzərində yerləşən stansiyanın qoyuluş gücü 10,5 meqavatdır. Su Elektrik Stansiyasında […]

İdman

“Sabah”ın baş məşqçisi: “İstənilən komandanı dəyişə bilərəm”

“İstənilən komandanı dəyişə, qarşıma hər cür məqsəd qoya bilərəm. Çünki onlara nail olacağıma inanıram”. Bunu “Sabah”ın baş məşqçisi Murad Musayev “sport24.ru” saytına müsahibəsində deyib. 40 yaşlı mütəxəssis 2021-ci ildə Rusiya klubu “Krasnodar”dan ayrılmasının və Azərbaycan təmsilçisinin təklifini qəbul etməsinin səbəbini izah edib. O, bunu yorğunluqla əlaqələndirib: “Krasnodar”dan ayrıldığım zaman mənə istirahət lazım idi. Çünki gücüm […]