Siyasət

Prezident: “Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra digər diplomatik addımlar atırıq”

“Biz Avropa ölkələrinə mümkün qədər çox qaz nəql etmək üçün bir sıra digər diplomatik addımlar atırıq”. AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışı zamanı deyib. “Bizim Avropa Komissiyası ilə bir çox sahələri əhatə edən enerji dialoqumuz var – təkcə qaz deyil, buraya […]

Siyasət

Azərbaycan Prezidenti: “Türk Dövlətləri Təşkilatı qlobal güc mərkəzlərindən biri ola bilər və olmalıdır”

“Azərbaycan Türk Dövlətləri Təşkilatının bütün fəaliyyəti dövründə fəal olub. Bəzi vaxtlarda müəyyən ölkələrin fəallığı dəyişib, lakin Azərbaycan hər zaman mühüm ölkə olaraq qalıb”. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında bildirib. Dövlətimizin başçısı qeyd edib: “Biz təşkilatı daha vacib beynəlxalq oyunçuya […]

Dünya

Kahramanmaraşda yenə zəlzələ oldu

Türkiyənin Kahramanmaraş vilayətində növbəti dəfə zəlzələ baş verib. Bu barədə Türkiyənin Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb. Məlumata görə, yeraltı təkanlar vilayətin Göksun rayonunda qeydə alınıb. 5 bal gücündəki zəlzələnin ocağı 7 kilometr dərinlikdə yerləşib. 0 0

Siyasət

Ermənilər tərəfindən əsir götürülən hərbçilərimizlə bağlı AÇIQLAMA – VİDEO

Azərbaycan əsgərlərinin ölkələrinə ekstradisiyası məhkəməyə qədər olan hazırkı mərhələdə nəzərdə tutulmayıb. Bu barədə Ermənistanın Baş Prokurorluğunun yaydığı məlumatda qeyd edilib. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri – 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu […]

Cəmiyyət

Şəmkirdə həyat yoldaşını qətlə yetirən şəxsə hökm oxundu

Ötən il dekabrın 7-də Şəmkir rayonun Könüllü kəndində, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucovanı qətlə yetirən şəxs 11 il azadlıqdan məhrum edilib. “Report”un məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Şəmkir rayonu, Seyfəli kənd sakini, 1989-cu il təvəllüdlü Aynurə Elman qızı Orucovanın qətlində təqsirləndirilən onun həyat yoldaşı, 1983-cü […]

Siyasət

Azərbaycan Prezidenti: “Orta Dəhliz layihəsi tərəfimizdən tam dəstəklənir və onun nəhəng potensialı var”

“Orta Dəhliz layihəsi tərəfimizdən tam dəstəklənir və onun nəhəng potensialı var”. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda çıxışında deyib. Bu imkandan istifadə edərək, marşrutboyu […]

Siyasət

İlham Əliyev: “Bizim Ələt Azad Ticarət Zonasının gələcək fəaliyyəti ilə bağlı böyük gözləntilərimiz var”

“Bizim Ələt Azad Ticarət Zonasının gələcək fəaliyyəti ilə bağlı böyük gözləntilərimiz var. Zonanın güclü qanunvericilik bazası var, qaydalar, fikrimcə, investorlar üçün cəlbedicidir. İlkin infrastruktur hazırda yaradılır. Biz bundan istifadə edərək, yeni istehsal sahələri və yeni biznes imkanları yaratmaq istəyirik”. AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli […]

Cəmiyyət

Qəbələdə avtomobil ağaca çırpıldı: Ölən və yaralananların adları AÇIQLANDI – YENİLƏNİB + FOTO

Qəbələdə ağır yol qəzasında ölən və yaralananların adları məlum olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Oxu.Az-a verilən məlumata görə, Qəbələ rayonunun Nohurqışlaq kəndi ərazisində “Tofaş” markalı avtomobilin sürücüsü, polis nəfəri, 1992-ci il təvəllüdlü İlham Cabbarlının idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü və 32 yaşlı sərnişin Hafiz Mahmudlu hadisə […]

Siyasət

Prezident: “Zəngəzur dəhlizinin, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, qlobal səviyyədə əhəmiyyəti var”

“Zəngəzur dəhlizinin böyük potensialı var. Çin, Qırğızıstan və Özbəkistan arasında dəmiryolu əlaqəsi yaradılır və Zəngəzur dəhlizi həmin marşrutun davamı, “Bir kəmər, bir yol” layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər”. AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Şuşada keçirilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda konfransda çıxışında söyləyib. Dövlətimizin […]