İqtisadiyyat

95 dərmanın qiyməti təsdiqləndi

Tarif (qiymət) Şurasının 3 may 2023-cü il tarixində növbəti iclası keçirilib və müvafiq qərar qəbul edilib. Tarif Şurasından verilən məlumata görə, iclasda yeni dövlət qeydiyyatına alınan 95 dərman vasitəsinin qiyməti təsdiq edilmiş və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 47 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 […]

Siyasət

Şuşadan Avrasiya geosiyasəti üzrə verilən istiqamətlər – ŞƏRH

Şuşada təşkil edilən “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda beynəlxalq konfrans Azərbaycanın yenidən şəkillənən dünya nizamındakı rolu və əhəmiyyəti kimi qiymətləndirilə bilər. Konfransın mövzusu da elə dünyanın təhlükəsizlik intizamının pozulması fonunda gözə çarpır. Deməli, Cənubi Qafqaz regionunda yaranan geosiyasi reallıqların beynəlxalq münasibətlər sisteminə təsiri və qarşılıqlı reaksiyaların ölçülməsi, bunun perspektivdəki yeri […]

Cəmiyyət

Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları Haçadağa yürüş edib – FOTO

Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları Haçadağa yürüş edib. “Report” xəbər verir ki, Əlahiddə Ümumqoşun Ordunun Xüsusi Təyinatlıları Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Haçadağa yürüş edib. Culfa rayonunun Gal kəndindən hündürlüyü 2415 metr olan Haçadağın zirvəsinə qalxan hərbi qulluqçularımız Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi yad […]

Siyasət

Kuşnir: “Ermənistan təqiblər, repressiyalar və açıq məhkəmələr reallığında yaşayır”

“Ermənistan mətbuatı “Qafqazda yeganə demokratik ölkə” olduqları barədə rəvayətləri fəal şəkildə tirajlamaqla məşğuldur. Tezis əsasən Qərb oxucusu üçün nəzərdə tutulub və buna görə də o, daha çox yerli medianın ingilisdilli versiyalarında yer alır. Amma əslində Ermənistan təqiblər, repressiya və açıq məhkəmələr reallığında yaşayır”. Bu barədə ukraynalı siyasi və iqtisadi şərhçi Svetlana Kuşnir yazır. Onun sözlərinə […]

Cəmiyyət

60 yaşı tamam olan müəllimlər sertifikatlaşdırmadan azad olunacaqlar – FOTO

“Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında “Əmək Məcəlləsi” və bir sıra müvafiq qanunlara təklif edilən dəyişikliklər müzakirə edildi. Layihələr komitə tərəfindən dəstəkləndi və plenar iclasa tövsiyə olundu. Yeni dəyişikliklərə əsasən, ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Yəni dəyişikliklər qəbul olunandan sonra əgər orta məktəbdə çalışan müəllimin yaşı […]

Cəmiyyət

Gömrük Komitəsinin sabiq rəis müavini 70 min manatdan artıq mənimsəmədə ittiham olunur

Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin Bakı şöbəsinin sabiq rəis müavini Fəxrəddin Quliyev 70 min manatdan artıq özgə əmlakını mənimsəmədə ittiham olunur. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, F.Quliyevin qanunsuz əməlləri ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb. İbtidai istintaq zamanı Fəxrəddin Quliyevin qeyd […]

İdman

“Sabah”dan “Beşiktaş”la matçın başlama saatı ilə bağlı AÇIQLAMA – YENİLƏNİB

Bakıda “Sabah” və Türkiyənin “Beşiktaş” komandaları arasında keçiriləcək xeyriyyə oyununun başlama saatı bəlli olub. Bakı klubundan verilən məlumata görə, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq. Qeyd edək ki, matçdan əldə edilən bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək. 11:36 “Sabah”la “Beşiktaş” arasında keçiriləcək xeyriyyə oyununun başlanma saatı məlum […]

Dünya

Paşinyan: “Ermənistanın ərazi iddiası yoxdur və olmayacaq”

Ermənistan bəyan etməlidir ki, onun qonşu ölkələrə qarşı ərazi iddiası yoxdur və olmayacaq. Bu barədə çərşənbə günü ölkənin baş naziri Nikol Paşinyan parlamentdə bildirib. “Bizim mövqeyimiz ondan ibarətdir ki, Ermənistan Respublikasının nəinki ərazi iddiası yoxdur, hətta olmayacaq da. Əks halda, dörd tərəfdən bizim dövlətçiliyimizə son qoymaq üçün hər şeyi edəcəklər”, – deyə o bəyan edib. […]

Dünya

Paşinyan: “Ermənistanın təhlükəsizliyini yalnız Cənubi Qafqazda sülh təmin edə bilər”

Yalnız Cənubi Qafqazda hərtərəfli sülh Ermənistanın təhlükəsizliyini təmin edə bilər. Bu barədə çərşənbə günü Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə bildirib. “Regionumuzda təhlükəsizlik sistemi deformasiyaya uğrayıb, bu, o deməkdir ki, biz əlavə təhlükəsizlik problemləri ilə üzləşmişik. Yəni regionda sabitliyi təmin etməli olan sistem kifayət qədər səmərəli işləmir. Belə bir yanaşma ola bilər ki, yeni sistemlər yaradılsın. […]

Cəmiyyət

Dövlət Komitəsindən “Məşədi Dadaş” məscidinə imam təyinatı ilə bağlı narazılıqlara CAVAB

“İndiyədək kimsə Əli Şərbətovun təyinatının niyə doğru olmaması barədə əsaslı bir fikir söyləməyib”. Bunu “Report”un sorğusuna cavab olaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə deyib. Şöbə müdiri bildirib ki, Dövlət Komitəsi Bakı şəhəri, Nəsimi rayonu “Məşədi Dadaş” məscidinə imam təyinatı həyata keçirib: “Komitə sədrinin əmri ilə Əli Şərbətov “Məşədi Dadaş” məscidinə imam […]