İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” (CIF) markalı neft ucuzlaşıb. Oxu.Az xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 4,76 ABŞ dolları, yaxud 5,86% azalaraq 79,04 ABŞ dolları təşkil edib. Xatırladaq ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2020-ci ilin aprel ayında minimal səviyyəyə düşərək 15,81 dollar olub, 2008-ci ilin iyulunda isə maksimum qiymətə – 149,66 dollara satılıb. 0 0

Dünya

BMT-də UNIAN-ın jurnalisti Dmitro Xilyukun Rusiya əsirliyindən azad olunmasına çağırış edilib

Ukrayna Milli Jurnalistlər Birliyinin (UMJB) sədri Sergey Tomilenko UNIAN-ın jurnalisti Dmitro Xilyukun Rusiya əsirliyindən azad edilməsinə çağırıb. Bu barədə Tomilenko Nyu-Yorkda BMT Baş Assambleyasında Ümumdünya Söz Azadlığı Günü münasibətilə çıxışı zamanı danışıb. “Ötən ilin martında əsir götürülən ən azı bir mülki ukraynalı jurnalist hələ də Rusiyada həbsdədir”, – deyə Tomilenko bildirib. O qeyd edib ki, […]

Cəmiyyət

Məktəb binasından yıxılan şagird Bakıya gətirildi – YENİLƏNİB

İsmayıllıda məktəb binasından yıxılan şagird Bakıya gətirilib. Oxu.Az xəbər verir ki, kəllə-beyin travması alan qız əvvəl Qəbələ, daha sonra isə Bakıdakı xəstəxanaların birinə gətirilib. Hazırda faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. 10:38 İsmayıllı rayonunda şagird məktəbin ikinci mərtəbəsindən yıxılıb. Oxu.Az xəbər verir ki, hadisə rayonun Kürdmaşı kənd orta məktəbində qeydə alınıb. Doqquzuncu sinif şagirdi, 2008-ci il təvəllüdlü qız […]

İdman

“Arsenal” rekorda imza atdı

“Arsenal” İngiltərə futbolu tarixində bir mövsümdə 10 London derbisində qalib gələn ilk komanda olub. “Topçular” bunu 34-cü turda evdə “Çelsi”yə qalib gəlməklə bacarıblar. Ümumilikdə, Mikel Artetanın komandasının cari çempionatda paytaxt klublarından heç bir məğlubiyyəti yoxdur. Bir mövsümdə 10 London derbisində qalibiyyət İngiltərə rekordudur. “Arsenal” iki dəfə “Fulhem”i, “Tottenhem”i, “Kristal Pelas”ı və “Çelsi”ni məğlub edib. Komanda […]

Kriminal

Bakıda rüşvət alan məktəb direktoru axtarışa verildi – FOTO

Azərbaycanda rüşvət almaqda təqsirləndirilən məktəb direktoru barəsində axtarış elan olunub. Bu barədə Lent.az-a Bakı Şəhər Baş Polis İdarəsindən bildirilib. Qeyd olunub ki, əvvəllər Bakı şəhəri, Sabunçu rayonu, F.Bayramov adına 22 saylı tam orta məktəbin direktoru vəzifəsində işləmiş Cavad Abdulla oğlu Səfərov Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə təqsirli bilinir. Qeyd edək ki, […]

İqtisadiyyat

Azərbaycanda illik inflyasiya proqnozu açıqlandı

2023-cü ildə illik inflyasiyanın 8% ətrafında olacağı proqnozu dəyişməz qalıb. Azərbaycan Mərkəzi Bankının məlumatına görə, qlobal və milli iqtisadiyyatda inflyasiya amilləri ilə bağlı yüksək qeyri-müəyyənliklər qalır. Faktiki inflyasiya səviyyəsi azalmaya meyil etsə də, mart ayında inflyasiya hədəfinin yuxarı həddini 2 dəfədən çox üstələyib. İnflyasiyanın əsas struktur komponenti olan ərzaq məhsullarının inflyasiyası 16,8% olmaqla yüksək olaraq […]

Cəmiyyət

Mayın 7-də 23 mindən çox şəxs imtahan verəcək

Dövlət İmtahan Mərkəzi mayın 7-də tədrisi Azərbaycan dilindən fərqli dillərdə aparılan ümumi təhsil müəssisələrinin 9-cu və 11-ci sinif şagirdləri üçün buraxılış imtahanı çərçivəsində Azərbaycan dili (dövlət dili kimi) imtahanı keçirəcək. Mərkəzdən verilən məlumata görə, həmin gün eyni zamanda ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən əvvəlki illərin məzunları üçün […]

İdman

“Heydər Əliyev-100” Beynəlxalq Minifutbol Turniri: Azərbaycan yığması Gürcüstanla qarşılaşacaq

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Beynəlxalq Minifutbol Turnirində bu gün növbəti oyunlar keçiriləcək. Oxu.Az-ın məlumatına görə, Bakı Tennis Akademiyasında daha 6 qarşılaşma baş tutacaq. A və B qruplarında əvvəlcə III turun matçları oynanılacaq. Eyni zamanda, hər qrupda IV turun da bir görüşü təşkil ediləcək. A qrupunda Gürcüstan, B qrupunda isə Ukrayna […]

İqtisadiyyat

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini artırdı

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi artırılaraq 8,75%-dən 9%-ə çatdırılması barədə qərar qəbul edib. AMB-nin məlumatına görə, faiz dəhlizinin aşağı həddi 0,5 faiz bəndi artırılaraq 7%-dən 7,5%-ə, yuxarı həddi isə 0,25 faiz bəndi artırılaraq 9,75%-dən 10%-ə çatdırılıb. Yeni uçot dərəcəsi mayın 4-dən qüvvəyə minir. AMB-nin İH-nin faiz dəhlizinin parametrləri […]