Cəmiyyət

Dağlıq rayonlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Mayın 3-ü saat 09:00-a olan məlumatına əsasən, ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə şimşək çaxıb, arabir leysan xarakterli yağış, dağlıq rayonlarda qar yağıb. Qar örtüyünün hündürlüyü Şahdağda 8, Xınalıqda 6, Qrızda 3 sm olub. […]

Cəmiyyət

Bakıya birbaşa reysi olan “Air Moldova” bütün istiqamətlərə uçuşları dayandırdı

“Air Moldova” şirkəti qeyri-müəyyən müddətə uçuşları və bilet satışlarını dayandırıb. Bu barədə operatorun “Facebook” səhifəsində məlumat verilib. Qərar aviaşirkətin iflasa uğramaması üçün sürətləndirilmiş restrukturizasiyanın elanı ilə əlaqədar qəbul edilib. Qeyd olunur ki, fəaliyyətin bərpası məhkəmə qərarından sonra 3 gün ərzində mümkün olacaq. Xəbərdə dəqiqləşdirilib ki, məhkəmə sürətləndirilmiş restrukturizasiya tələbini qəbul edərsə, şirkət uçuşları və bilet […]

Cəmiyyət

Xınalığa qar yağıb – FOTO

Mayın 3-də gecə saatlarından başlayaraq Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb. Bu barədə APA-ya Xınalıq kənd sakinləri məlumat veriblər. Onların sözlərinə görə, yaşayış məntəqəsində qarın hündürlüyü 8 santimetrdən çoxdur. Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur aşağı düşüb. 0 0

Cəmiyyət

Astara sakininin evindən külli miqdarda narkotik vasitə aşkarlandı – FOTO

Astara sakininin evindən 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb. DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Orxan Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan marixuana aşkarlanaraq götürülüb. Araşdırmalarla həmin şəxsin narkotik vasitəni əldə etdiyi […]

İqtisadiyyat

Azərbaycan ilə Avstriya arasında birbaşa aviareyslərə start verilib – FOTO

Mayın 2-də Vyana Beynəlxalq Hava Limanında Bakı-Vyana-Bakı marşrutu üzrə ilk uçuş həyata keçirən təyyarənin təntənəli qarşılanma mərasimi olub. AZƏRTAC xəbər verir ki, Azərbaycanın Avstriyadakı səfirliyi və “Azərbaycan Hava Yolları” QSC-nin dəstəyi və Vyana Beynəlxalq Hava Limanının təşkilatçılığı ilə keçirilən mərasimdə AZAL-a məxsus təyyarə eniş zolağında ənənəvi su şırnağı ilə qarşılanıb, Bakıdan yüksəkvəzifəli rəsmi qonaqların iştirakı […]

Siyasət

Beynəlxalq konfransın iştirakçıları Qarabağa gediblər – FOTO

Bakıda ADA Universitetində keçirilən ilk sessiyadan sonra Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” adlı beynəlxalq konfransın iştirakçıları Füzuli Beynəlxalq Hava Limanına çatıblar. Bu barədə “Report”un Füzuliyə ezam olunmuş əməkdaşı xəbər verir. Konfransda dünyanın 30-dan çox ölkəsindən 60-a yaxın alim və ekspert iştirak edib. Konfransın […]

Cəmiyyət

Aprel ayında zəhərlənmədən doqquz nəfər ölüb

Aprel ayı ərzində Kliniki Tibbi Mərkəzə (KTM) zəhərlənmə ilə bağlı 625 nəfər müraciət edib. Mərkəzin Mətbuat Xidmətindən verilən məlumata görə, onlardan 119-u Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıblar. Qəbul olunan xəstələrdən 54-ü dərmandan, 37-si sirkə turşusundan, altısı etanoldan, altısı ilan sancmasından, ikisi göbələkdən, biri arı sancmasından, biri dəm qazından […]

Cəmiyyət

Məhkəmə Eldar Mahmudovun həbsdə olan kadrı ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) dələduzluqda təqsirləndirilən Qusar, Kürdəmir rayon şöbələrinin sabiq rəisi, polkovnik Bahadir Qocayevin barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun kassasiya şikayəti təmin edilib. Qeyd edək ki, B.Qocayev bir müddət Lənkəran Dövlət Universitetində […]

İdman

Azərbaycanda federasiyanın baş katibi istefa verdi – YENİ TƏYİNAT

Azərbaycan Üzgüçülük Federasiyasının rəhbərliyində dəyişiklik olub. Məlumatı federasiyanın mətbuat xidməti yayıb. Bildirilib ki, federasiyanın baş katibi Fərid Bənənyarlı başqa işə keçməsi ilə əlaqədar öz xahişi ilə vəzifəsindən istefa verib. Bu posta Fəxri Həsənov təyin olunub.  Qeyd edək ki, Fəxri Həsənov 1977-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Azərbaycan Texniki Universitetinin Mühəndis İqtisadiyyatı fakültəsini, sonra isə Azərbaycan Dövlət […]

Siyasət

“Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı elmi konfrans və sərgi təşkil olunub – FOTO

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin, Nərimanov rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə ADRA-nın sərgi-muzey kompleksində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı elmi konfrans və sərgi təşkil olunub. Bu barədə Oxu.Az-a sənətşünaslıq üzrə fəlsəfə doktoru Nərminə Rzayeva məlumat verib. Tədbiri ADRA-nın […]